İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misirin Əl-Əzhər İslam Mərkəzinin sabiq şeyxi, Misirin sabiq baş müftisi və hazırda Əl-Əzhər İslam Mərkəzinin böyük alimlər heyətinin üzvü Şeyx Əli Cümə Misirin "cbc" peyk kanalı ilə yayımlanan "Allahda daha yaxşı bilir" proqramda terroristlərin əqidəvi təhlükələri barədə xəbərdarlıq edərək dedi: Təkfirçi qrupların sonrakı addımı Quran-Kərimin mübarək ayələri barədə cəmiyyətin fikrində müxtəlif soruğu-sual və şübhələr yaratmaqdır. Əgər onlar bu məsələdə öz pis niyyətlərinə çata bilsələr, hər gün min yeni İŞİD-çi doğulacaqdır.
Misirin Əl-Əzhər İslam Mərkəzinin sabiq şeyxi, Misirin sabiq baş müftisi və hazırda Əl-Əzhər İslam Mərkəzinin böyük alimlər heyətinin üzvü Şeyx Əli Cümə vurğuladı: İŞİD kimi təkfirçi terrorist qruplaşmalar əhli-sünnənin Qurani-Kərimdən sonra ən doğru, səhih və mötbər saydığı Səhih Buxari və digər 5 səhih kitabı (əs-sihahus-sittə = altı səhih kitab) tənqid edir, yalanlayır və bu kitablara hücum edirlər. Təkfirçi terroristlərin dindən bildikləri bir şey yoxdur ki, təzə bir söz də deyə bilsinlər. Onların müsəlmanları təkfir etmək və öldürmək üçün gətirdikləri bütün dəlillər əslində amerikalı şərqşünas Zuymerin "əl-hidayə" kitabından öyrəndikləridir. Halbuki o, müsəlman alimlər arasında İslam dini ilə kəskin düşmənçilikdə məşhurdur.
Misirin sabiq baş müftisi və hazırda Əl-Əzhər İslam Mərkəzinin böyük alimlər heyətinin üzvü Şeyx Əli Cümə əlavə etdi: Təkfirçi terroristlər hədəfi insanları Quran barədə şəkk və şübhəyə salmaq və bunun ardınca cəmiyyəti Qurandan uzaqlaşdırmaq, bu müqəddəs kitaba qarşı dünyada nifrət yaratmaqdır. Çünki bu terrorist qruplaşmalar "Səhih Buxari"yə və digər səhih hədis kitablarına şübhə ilə hücum edirlərsə, mənası budur ki, əsas hədəf Quranın özüdür. Çünki bu səhih kitablardakı hədislərdə Quranın mətnindən çıxarılmışdır (Quranın təfsiri və izahıdır).
http://www.iqna.ir/fa/news/3656547