IQNA

300 müsəlman alim İsrail ilə əlaqələrin adiləşdirilməsinin haram elan etdi

13:01 - December 21, 2017
Xəbər sayı: 3482539
İstambul şəhərində bir araya gələn 300 müsəlman alim “İslam Ümməti Alimləri” nizamnaməsini imza edərək işğalçı sionist rejimi ilə hər cür əlaqə və münasibətin normallaşdırılmasını haram elan etdilər.

300 müsəlman alim İsrail ilə əlaqələrin adiləşdirilməsinin haram elan etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “rusiya əl-yəvm” xəbər agentliyinin informasiya portalına istinadla verdiyi xəbərə görə, Türkiyənin İstambul şəhərində bir araya gələn 300 müsəlman alim “İslam Ümməti Alimləri” nizamnamə və məramnaməsini imza edərək işğalçı sionist rejimi ilə hər cür əlaqə və münasibətin normallaşdırılmasını haram elan etdilər.
Dünyanın müxtəlif müsəlman ölkələrindən 36 İslami birlik və müəssisənin nümayəndəsi olan 300 müsəlman alim Türkiyənin İstambul şəhərində mətbuat toplantısı keçiriərək “İslam Ümməti Alimləri” nizamnamə və məramnaməsini imza etdilər. Bu məramnamədə göstərilir ki, işğalçı sionist yəhudilərin qurduğu qondarma İsrail rejimi ilə hər cür əlaqə və rabitənin adiləşdirilməsi və normallaşdırılması haramdır.
Bu mətbuat konfransının əsas hədəfi “İslam Ümməti Alimləri”nin əsas nizamnamə və məramnaməsi ilə dünya müsəlmanlarını tanış etmək və işğalçı sionist yəhudilərin qurduğu qondarma İsrail rejimi ilə hər cür əlaqə və rabitənin adiləşdirilməsi və normallaşdırılmasının müsəlmanlara şəri baxımdan haram və dünya xalqları üçün təhlükəli və zərərli olmasını elan etmək idi.
Konfransda alimlər vurğuladılar ki, işğalçı sionist yəhudilərin qurduğu qondarma İsrail rejimi ilə hər cür əlaqə və rabitənin adiləşdirilməsi və normallaşdırılması Fələstin və İslami Müqavimət Hərəkatı üçün ciddi təhlükədir.  
“İslam Ümməti Alimləri”nin əsas nizamnamə və məramnaməsi 24 bəndə hazırlanmışdır. Bu nizamnamədə “sionist rejimi və onun şəri və qanuni hokum”, “İslami hakimlərin bu rejim ilə rabitələrin normallaşdırılmasındakı vəzifəsi”, “rabitələrin normallaşdırılması qarşısında müqavimət qaydalrı və prinsipləri” və “İsrail rejimi ilə hər cür əlaqə və rabitənin adiləşdirilməsi və normallaşdırılmasının zərərləri” kimi mövzular ön planda göstərilmişdir.
“İslam Ümməti Alimləri”nin əsas nizamnamə və məramnaməsində İsrail rejimi ilə hər cür əlaqə və rabitə qurmaq haramdır. Çünki imanın laziməsi möminlərin arasında qardaşlıq, vəfadarlıq və dostluğun qorunub saxlanılması və möminlərə kömək etməyin vacibliyidir.
http://iqna.ir/fa/news/3674147/300

captcha