İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Həzrət İmam Əlinin (ə) müqəddəs hərəminin informasiya portalına istinadla verdiyi xəbərə görə, Kanadanın bir qrup media həvəskarı və jurnalistləri İraqın Nəcəf şəhərində Həzrət İmam Əlinin (ə) müqəddəs hərəmi və ziyarətgahının ətraf fəzası barədə sənədli film hazırladı.
H.B.O televiziya kanalının müxbiri İzabel Yang bu barədə dedi: Biz bura Həzrət İmam Əlinin (ə) hərəminin ziyarətinə və həmçinin H.B.O televiziya kanalı üçün bu müqəddəs məkan barədə sənədli film hazırlamağa gəlmişik.
O, İmam Əlinin (ə) nurani kəlamlarının meida və “kiv” vasitəsilə insanlara çatdırıldığını bəyan edərək dedi: İnsanların uzaq yerlərdən, dünyanınn müxtəlif ölkələrindən və çox uzun məsafələrdən bu pak ziyarətgaha gəlməsi üçün israrlı olması bu məkanı diqqət mərkəzində saxlayır və əhəmiyyətli olduğunu çatdırır və media əhli də bu məsələyə diqqət etməlidir.
H.B.O televiziya kanalının müxbiri İzabel Yang əlavə etdi: Mən bu müqəddəs məkanlar və ziyarətgahlardan sənədli film hazırlayaraq Orta Şəqr müsəlmanları barədə çox şey öyrənmişəm.
http://iqna.ir/fa/news/3686281