IQNA

Əhmədiyyə firqəsinin mübəlliği Quranı Alman dilinə tərcümə etdi

22:39 - June 10, 2018
Xəbər sayı: 3483305
Əhmədiyyə firqəsinin dini təbliğatçısı Mövlana Sədruddin miladi tarixlə 1922-ci ildə Berlinin ən qədim məscidi sayılan Əhmədiyyə təriqətinə məxsus məscidin camaat imamı olub.

Əhmədiyyə firqəsinin mübəlliği Quranı Alman dilinə tərcümə etdiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əhmədiyyə təriqətinin dini mübəlliği Mövlana Sədruddin Qurani-Kərimi Alman dilinə tərcümə edən ilk şəxslərdən biridir.

Əhmədiyyə firqəsinin dini təbliğatçısı Mövlana Sədruddin miladi tarixlə 1922-ci ildə Berlinin ən qədim məscidi sayılan Əhmədiyyə təriqətinə məxsus məscidin camaat imamı olub.

Mövlana Sədruddin digər Avropa ölkələrinə də səfər edərək Əhmədiyyə təriqəsini təbliğ edirdi. O, 30 ilə yaxın bir müddətdə Lahurda "Əhmədiyyə Birliyi"nin baş katibi vəzifəsində işləmişdir.

Ona nisbət verilən Qurani-Kərimin Alman dilinə tərcümə edilmiş nüsxəsi isə 1928-ci ildə çap edilmişdir. Bu tərcümə Berlin universitetinin tələbəsi Həsən Nurinin həmkarlığı ilə başa çatmışdır. İllə sonra isə "Əhmədiyyə Tərcüməsi" adı ilə bir neçə nüsxə məşhurlaşdı. Həqiqətdə isə orjinal tərcümə həmin bu tərcümədir. Amma digər "əhmədiyyə tərcüməsi" adlanan nüsxələrinin belə adlanmasının səbəbi bu nüsxələrin "Əhmədiyyə" nəşriyyatı tərəfindən çap və nəşr edilməsi olub.

Qeyd edək ki, Əhmədiyyə firqəsinin digər mübəlliği Mirza Bəşiruddin Məhmud Əhməd də Quranı Alman dilinə tərcümə edən digər mütərcimdir. Əlbəttə Mirza Əhməd öz tərcüməsini Mövlana Nəsruddinin tərcüməsi əsasında yazmışdır. Bu tərcümə isə 1954-cü ildə çap və nəşr edilmişdir.   

http://iqna.ir/fa/news/3721541

captcha