IQNA

Erlangen universitetinin Quranşünas ustadı ilə tanışlıq

22:45 - July 17, 2018
Xəbər sayı: 3483489
Bu İslamşünas alim Almaniyanın müxtəlif universitetlərində İslamşünaslıq, Fəlsəfə, sosiologiya, ədəbiyyat və diçilik kimi mühüm ixtisaslara yiyələnmişdir.

Erlangen universitetinin Quranşünas ustadı ilə tanışlıqİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının Almaniyanın paytaxtı Berlindəki Mədəniyyət Əlaqələri İdarəsinin informasiya şöbəsinə istinadla verdiyi xəbərə görə, Almaniyanın Bayren əyalətinin Erlangen şəhərinin Friedrich-Alexander-Universität Erlangen-Nürnberg universiteti Bayren əyalətinin ikinci ən böyük universitetidir. Bu universitetin ustadı, Şərq fəlsəfəsi müəllimi, Quranşünas və İslami elmlər araşdırmaçısı prof. Corc Tamer (Georges Tamer) İslami kəlam və fəlsəfə elmləri barədə bir çox kitab və məqalələrin müəllifidir.

Onun İslam aləminin Farabi, İbn Rüşd və Ğəzzali kimi mütəfəkkirləri barədə geniş araşırmları vardır.

Bu İslamşünas alim uşaqlıq vaxtı iflic olmasına baxmayaraq ibtidai və orta təhsilini uğurla başa vurmuş, Almaniyanın müxtəlif universitetlərində İslamşünaslıq, Fəlsəfə, sosiologiya, ədəbiyyat və diçilik kimi mühüm ixtisaslara yiyələnmişdir.

O, 2000-ci ildə Berlin universitetində "İslami fəlsəfə və modernizm böhranı" və "Leu Ştravısın İslami fəlsəfə barədə nəzəriyyəsi"nin araşdırılması üzrə doktorluq dərəcinə çatmışdır. 2007-ci ildə isə Erlangen universitetində İslami araşdırmalar üzrə professorluq dərəcəsinə nail olmuşdur. Həmçinin həmin illərdə Almaniyada və digər ölkələrdə müxtəlif elmi müəssisələr ilə Ərəb ədəbiyyatı, İslami fəlsəfə, kəlam elmi və Quranşünaslıq sahəsində həmkarlıq etmişdir.

Corc Tamerin son əsərləri Farabinin "Əflatunun qanunlarının xülasəsi"nin Alman dilinə tərcüməsi və Qurani-Kərimin hermenevtikası barədə yazdığı "Gunter Luling (Günter Lüling) Quran hermenevtikası" kitabıdır.

Qurani-Kərimin hermenevtikası barədə yazdığı "Gunter Luling (Günter Lüling) Quran hermenevtikası" kitabı bu ilin Oktyabr ayında çap və nəşr ediləcəkdir. Gunter həmin kitabda Qurani-Kərimin mənşəyinin məsihilik olduğu iddiasını edir. Tamer isə öz əsərində Gunterin nəzəriyyəsini tənqid edib.

http://iqna.ir/fa/news/3730735

captcha