IQNA

Fələstin Fətva Şurası: QÜDS seçkilərində iştirak etmək haramdır

8:44 - July 31, 2018
Xəbər sayı: 3483572
Qüds müsəlmanlara aid bir ərəb şəhəridir və bu şəhərin yəhudilər tərəfindən keçirilən bələdiyyə seçkilərində müsəlmanların iştirak etməsi, Qüdsün işğalının qanuniliyini təsdiqləməkdir.

Fələstin Fətva Şurası: QÜDS seçkilərində iştirak etmək haramdırİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fələstinin Ali Fətva Şurası QÜDS şəhərinin bələdiyyə seçkilərində hər növ iştirak etməyi və namizəd olmağı haram elan edib.

Fələstinin Ali Fətva Şurası yeni fətva barədə yaydığı bəyaniyyədə elan edib: QÜDS şəhərinin bələdiyyə seçkilərində hər növ iştirak etmək və namizəd olmaq haramdır. Çünki bu işin fəsadları və zərərləri onun mənfəət və xeyiri ilə müqayisədə çox böyükdür.

Ali Fətva Şurasının bəyaniyyəsində deyilir: Zalimlərə söykənmək, işğalçıları öz siyasətlərini yürütmək və cəmiyyətdə oturtmaq üçün kömək etmək, onlara öz planlarının Qüdsdə nüfuza sahib olmaq üçün icrasına yardımçı olmaq, Qüdsün yəhudiləşdirilməsinə imkan yaratmaq, dini və tarixi abidələrin dəyişdirilməsinə kömək etmək və digər zərərlər bu seçkilərdə iştirak etməyin nəticəsidir.

Beynəlxalq qanunlara əsasən, Qüds müsəlmanlara aid bir ərəb şəhəridir ki, sionist yəhudilər tərəfindən işğal edilmişdir. Bu şəhərin yəhudilər tərəfindən keçirilən bələdiyyə seçkilərində müsəlmanların iştirak etməsi, Qüdsün işğalının qanuniliyini təsdiqləməkdir.  

http://iqna.ir/fa/news/3734622

captcha