
Beynəlxalq Quran Xəbər Agentliyi(IQNA) "deyerler.org"-a istinadən xəbər verir ki, tərəflər İmam Hüseynin (ə) Ərbəin mərasimində koordinasiyanı və əməkdaşlıq məsələlərini müzakirə ediblər.
  Əl-Əraci İmam Hüseynin (ə) Ərbəin zəvvarlarının ziyarətini asanlaşdırmaq üçün İraq hökuməti tərəfindən görülən son tədbirlər barədə də məlumat verib.
  O deyib ki, İraq hökuməti və xalqı Ərbəin zəvvarlarına xidmət etməkdən qürur duyur və tərəddüdsüz istənilən Əhli-Beyt (ə) zəvvarına xidmət olunacaq.
  İranın Bağdaddakı səfiri İraq dövləti və xalqının İmam Hüseynin (ə) zəvvarlarına etdiyi qonaqpərvərliklərə görə təqdir və təşəkkür edib.
  Qeyd etmək lazımdır ki, hər il 4 milyon iranlı İraqdakı ziyarətgahları ziyarət edir və onların əksəriyyəti məhz Ərbəin münasibətilə İraqa səfər edirlər.
  Bundan başqa, təqribən 2 milyon əcnəbi zəvvar və turist də İran ərazisindən keçərək, İraqa daxil olurlar.