IQNA

22:59 - April 12, 2019
Xəbər sayı: 3484974
Pakistanı İran İslam Respublikasının əlillər arasında 4-cü beynəlxalq Quran yarışlarında 22 yaşlı Qurani-Kərim hafizi Məhəmməd Şiraz təmsil edir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistanı İran İslam Respublikasının əlillər arasında 4-cü beynəlxalq Quran yarışlarında 22 yaşlı Qurani-Kərim hafizi Məhəmməd Şiraz təmsil edir.

Görmə qüsuru olan Pakistanlı Qurani-Kərim hafizi İQNA ilə müsahibəsində dedi: İlk dəfədir ki, İrana səfər edirəm. Bu ölkə və xalq ilə tanışlığım üçün sevinirəm.

O əlavə etdi: Küveytə şəhərində gözdən əlillər üçün Quran kursları var. Bu kurslarda onlara Quran hifzi və Brayl xəttindən istifadə etmək öyrədilir.

Məhəmməd Şiraz dedi: 2005-ci ildən Quranı hifz etməyə başladım. İki il ərzində Quranı əzbərlədim. 2018-ci ilin Oktaybr ayında Səudiyyənin Quran yarışlarında iştirak etdim.

O, Quranın onun həyatındakı təsirində danışaraq vurğuladı: Quranla üsnüyyətdə olmaq insanı dünya və axirət xeyrinə sahib edir, insanın xeyir əməllər görməsində təsirlidir, insana necə yaşamağı öyrədir və insan həyatın həqiqi fəlsəfəsini anlayır.

Qeyd edək ki, İran İslam Respublikasının 36-cı Beynəlxalq Quranın yarışlarının yarımfinal mərhələsi Qurani-Kərimin hifzi və qiraəti üzrə qadınlar, yaşlılar, şagirdlər, tələbələr və görmə qüsuru olanlar arasında cari həftədə, Aprel ayının 9-dan 10-dək keçirildi.

http://iqna.ir/fa/news/3802364

Ad:
E-poçt:
* Comment:
* captcha: