IQNA

11:02 - November 21, 2019
Xəbər sayı: 3486183
İSESKO-nun (İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı) İran İslam Respublikasında nümayəndəsi Qulamrza Kərimi İNQA ilə müsahibəsində bu təşkilatın vəzifə və proqramları barədə məlumat verib.

İSESKO-nun (İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı) İran İslam Respublikasında nümayəndəsi Qulamrza Kərimi İNQA ilə müsahibəsində bu təşkilatın vəzifə və proqramları barədə məlumat verib.

İranın Təhsil nazirinin beynəlxalq məsələlər üzrə müavini və İSESKO-nun Milli Komissiyasının katibi əlavə edib: İSESCO təşkilatı elm və mədəniyyət sahəsində İslam dünyası üçün YUNESKO hesab edilir. İSESKO 1979-cu ildə İƏT-in (OİC) nəzdində yaradıldı. Bu təşkilatın baş qərargahı Mərakeşin Ribat şəhərində yerləşir. İslami Əməkdaşlıq Təşkilatı (İƏT) özü də ondan on il öncə 1969-cu ildə yaradılmışdı. İSESKO-nun iki mərkəzi ofisi var, biri BƏƏ-də və digəri İranda. Hər bir İslam ölkəsində İSESKO-nun milli komissiyası var ki, mərkəzi ofislə əlaqələrin saxlanılması bu komissiyaların əsas vəzifəsidir.

Qulamrza Kərimi İSESKO-nun fəaliyyətləri barədə danışıraq deyib: İranın İSESCO Milli Komissiyası mədəni-maarif fəaliyyətləri yönündə 2006-cı ildə İsfahanı və 2017-ci ildə Məşhədi İslam dünyasının mədəniyyət paytaxtı elan etdi. Bu proqramlar çərçivəsində həmin illərdə İslam ölkələrində 80 civarında beynəlxalq mədəni işlər həyata keçirildi.

O əlavə edib: İran İslam Respublikasında İSESKO-nun nəzarəti ilə İslam dünyasının Elmi İstinad Mərkəzi (İSC) fəaliyyət göstərir. Bu mərkəz İslam dünyasının elmi məqalələri və araşdırmalarına nəzarət edir. Hər il ən yaxşı məqalələr elan edilir və qaliblər mükafatlandırılır.

Kərimi vurğulayıb: İSESKO hər il maarifləndirmə sahəsində 400 civarında proqram həyata keçirir. Bu proqramların əllisi İslam dünyasının Quran fəaliyyətləri ilə bağlı olur. Bunlardan Ərəb dilinin Quran dili olaraq öyrədilməsi, Quran müəllimlərinin ixtisaslaşdırılması, Quran müəssisələrinin fəaliyyət keyfiyyətin yaxşılaşdırılması, Afrika ölkələrinə Quran fəaliyyətləri üçün kömək göstərilməsi, Quranın İslam ölkələrində standart rəsmül-xəttinin öyrədilməsi və sairi göstərmək olar.

https://iqna.ir/fa/news/3858281

Teqlər: İSESCO ، İSESKO ، İƏT ، OİC ، İQNA ، YUNESKO ، UNESCO
Ad:
E-poçt:
* Comment: