IQNA

22:42 - January 15, 2020
Xəbər sayı: 3486503
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Buşəhr vilayətinin şəhidlər konqresinin üzvləri ilə görüşdə vurğulayıblar: Bir iş görün ki, cihad və müqavimət əhval-ruhiyyəsi ardıcıl nəsillərin qəti yolu olsun.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbər görə, Həzrət Ayətullahuluzma Xamenei Buşehr vilayətinin iki min şəhidi konqresi qərargahının üzvlərilə görüşdə bu vilayəti həssas və hərbi iftixarlarla dolu bir bölgə adlandırıb və belə əlavə ediblər:

Buşehr, müstəmləkəçilərin bu bölgədəki iştiraklarına görə, uzun illər İran düşmənlərinin təhdidi ilə üzləşirdi, amma din alimlərinin istiqamətləndirmələri və Rəisəli Delvari kimi yüksək dərəcəli şəhidlərin fədakarlıqları ilə bu hücumların qarşısında qüdrətlə dayandı.

İslam İnqilabının Böyük Rəhbəri Delvari, Məhdəvi, Aşuri və Gənci kimi tanınmış şəhidlərin Buşehrdən ayağa qalxmasının bu bölgədə İslam barədə inqilabçı və cihad anlayışının dərinliyini və bu həqiqətin müxtəlif nəsillərdə təkrar olduğunu göstərdiyini bildirib və belə deyiblər: Bir iş görün ki, bu şəhidlərin və görkəmli şəxsiyyətlərin xatirəsi yeni nəsillərin yaddaşında həkk olmuş olsun.

O həzrət ölkə hüdudlarının müdafiəçisi, mübariz şəxsiyyət Rəisəli Delvarinin təcavüzkar ingilislərlə mübarizədəki fədakarlıqlarına, həmçinin Nadir Məhdəvi kimi bir şəxsiyyətdən beynəlxalq bir mübariz simanın timsalında yüksək meyaryaratma imkanının mövcud olmasına işarə edərək, vurğulayıblar:

Təəssüflər olsun ki, bəzən hətta bu görkəmli şəxsiyyətlərin adları belə, yeni nəsilə tanış deyil. Halbuki təbliğat orqanları cihad fikrini böyük cihad simalarını nümunə etməklə genişləndirməli və dərinləşdirməlidirlər.

Həzrət Ayətullahuluzma Xamenei yeganə xilas yolu, şəhidlərin yolunun davam etdirilməsi olan bu real duyğunu əhatəli etməyin vacibliyini vurğulayaraq, əlavə ediblər:

Böyük güclərin tamah göstərdikləri İran kimi səksən milyonluq əhalisi, iqlim müxtəlifliyi, həssas coğrafi mövqeyi ilə çeşidli imkanlara, mədənlərə və enerjiyə malik olan bir ölkə özünü iş və cihadla idarə edə bilməlidir ki, onun izzəti tapdaq altında qalmamış olsun. Əlbəttə, bu gün İslam İnqilabının bərəkətinə, İran xalqı dayanıb, amma cihad və müqavimət əhval-ruhiyyəsinin bünövrəsi elə qurulmalıdır ki, ardıcıl nəsillərin qəti yolu olmuş olsun.

İslam İnqilabının Böyük Rəhbərinin 2020-ci il yanvarın 13-də keçirilən Buşehr vilayətinin iki min şəhidi konqresi qərargahının üzvlərilə görüşdəki bəyanatı bu gün səhər bu konqresin keçirildiyi məkanda yayılıbdır.

https://iqna.ir/fa/news/3871732

Ad:
E-poçt:
* Comment: