IQNA

22:09 - January 24, 2020
Xəbər sayı: 3486551
İraq prezidenti milyonlarla İraqlının xarici terrorçuların ölkələrindən çıxarılması tələbi ilə keçirdiyi yürüşə münasibət bildirərək deyib: İraqlılar müstəqil hakimiyyətə sahib olmaq istəyirlər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın prezidenti Bərhəm Saleh bu gün (24 Yanvar 2020) milyonlarla İraqlının anti-Amerika və xarici terrorçuların ölkələrindən çıxarılması tələbi ilə keçirdiyi yürüşə münasibət bildirərək deyib: İraqlılar müstəqil hakimiyyətə sahib olmaq istəyirlər.

İraqın prezidenti Bərhəm Saleh öz şəxsi sosial şəbəkə hesabında İraq xalqının milyonluq yürüşünün fotolarını paylaşaraq yazıb: İraq xalqı kamil və müstəqil bir hakimiyyət malik olmağa israrlıdır. Onlar hüquqları və hüdudları pozulmayan bir hakimiyyətə sahib olmaq istəyirlər. İstəyirlər ki, dövlətlərinin işinə xarici qüvvələr müdaxilə etməsin. Elə bir dövlət ki, onların təhlükəsizliyini və hüquqlarını qorusun. Onlar üçün şərəfli və azad bir həyat təşkil etsin. Qonşularla sabitliyi və sülhü qoruyan bir dövlətləri olsun.

https://iqna.ir/fa/news/3873833

Ad:
E-poçt:
* Comment: