IQNA

Bağdadın şimalında ABŞ-ın hərbi bazası vuruldu

23:22 - March 11, 2020
Xəbər sayı: 3486888
Tehran (IQNA) -  İraqın paytaxtı Bağdad şəhərinin şimalında yerləşən ət-Taci hərbi bazası raket atəşinə tutulub. Amerika hərbi qüvvələrini yerləşdiyi bu bazaya 10 ədəd katyuşa raketi atılıb.

İraqın paytaxtı Bağdad şəhərinin şimalında yerləşən ət-Taci hərbi bazası raket atəşinə tutulub.

Amerika hərbi qüvvələrini yerləşdiyi bu bazaya 10 ədəd katyuşa raketi atılıb.

İraqın təhlükəsizlik işləri idarəsinin informasiya şöbəsinin verdiyi xəbərə görə, ABŞ hərbiçilərinin yerləşdiyi ət-Taci hərbi bazasına atılan raketlərin hər hansı bir zərəri və ziyanı olmamışdır.

İraqın Təhlükəsizlik Qüvvələrinin bəyaniyyəsinə görə, hərbi bazaya katyuşa atan maşın raketlərini bitirməmiş Bağdadın Raşidiyyə rayonunda ələ keçirilib.

Yenilənmə:

12 Mart 2020 / 08:33

Amerikanın birinci kanalının verdiyi məlumata görə, bu hücumda 2 amerikalı və 1 ingiltərəli hərbiçi ölüb.

 

3884848

Teqlər: bağdad ، hərbi baza ، katyuşa
captcha