IQNA

23:14 - April 03, 2020
Xəbər sayı: 3487018
Tehran (IQNA) -  Ayətullah Üzma Şeyx Cəfər Sübhani koronavirusun yayılması ilə bağlı cari ilin mübarək Ramazan ayının orucunun tutulması barədə sualı cavablandırıblar.

Sual: Koronavirus pandemiyasının bütün dünyaya yayıldığı bir zamandayıq və mübarək Ramazan ayı qarşıdan gəlir. Koronaviruslu günlərdə mübarək ayın orucu ilə bağlı bir neçə sualı cənabınızın cavablandırmağını xahiş edirik:

Əgər Səhiyyə Nazirliyi və mütəxəssis həkimlərin rəyinə əsasən oruc tutmaq koronavirus xəstəliyinin kəskinləşməsinə və xəstənin vəziyyətinin ağırlaşmasına, həmçinin daha çox insanın bu virusa yoluxmasına və bu cəhətdən cəmiyyətin daha çox tələfat verəcəyinə səbəb olarsa, amma mükəlləf buna inanmadan bu barədə həkimlərin rəyini görməzdən gələrsə və oruc tutarsa, orucunun hökmü nədir?

Əgər hər hansı bir mükəlləf xəstəliyinin kəskinləşəcəyindən və ya virusa yoluxacağından qorxaraq Ramazan ayının orucunu tutmazsa, hökmü nədir?   

Cavab: Bu barədə hazırda qəti qərar vermək olmaz, bu məsələdən gələcək günlərdə (Ramazan ayı gəlib çatdıqda) vəziyyət aydın olduqdan sonra danışmaq olar. Ehtimal olunur ki, bəziləri bu məsələdən sui-istifadə edərək oruc tutmaq istəməyəcəklər.

3888546

Ad:
E-poçt:
* Comment:
* captcha: