IQNA

23:24 - June 08, 2020
Xəbər sayı: 3487360
Tehran (IQNA) -  İngiltərə dövləti gələn həftə bu ölkədəki ibadət ocaqlarının, o cümlədən müsəlman məscidlərinin xüsusi şərait və şərtlər çərçivəsində açılacağını xəbər verib.

Müxtəlif dinlərin nümayəndələri ilə İngiltərə dövləti arasında bu barədə müzakirələr olub. Müzakirədə İngiltərənin müsəlman alimləri şurasının üzvü və camaat imamı Şeyx Asim Yusif də iştirak edib.

Dini nümayəndələr ilə dövlət arasında aparılan danışıqlardan sonra İngiltərənin milli və dini azlıqların işi üzrə naziri gələn həftə ərzində ibadət ocaqlarının açılacağını deyib.

Danışıqlar zamanı məscidlərin kamil şəkildə dezinfeksiya edilməsi, məscidə daxil olanların əllərini yuması, namazqılanların fiziki fasiləni gözləməsi və öz şəxsi səccadələrindən istifadə edilməsi dövlət tərəfindən məscidlərin açılması üçün əsas şərtlərdən olub. Dövlət əlavə edib ki, qrup halında ibadətlər, camaat və cümə namazları qadağandır.  3903677

Ad:
E-poçt:
* Comment:
* captcha: