IQNA

İranın İraqdakı səfiri:

Əcnəbi zəvvarların Ərbəin yürüşündə iştirakına icazə verilməsi gözlənilmir

21:28 - July 07, 2020
Xəbər sayı: 3487576
“İraq rəsmiləri Ərbəin yürüşü ilə bağlı susurlar. Ərbəin yürüşünün təşkili və ya təşkil olunmaması ilə bağlı da fikir bildirmirlər”.
IQNA, Maide.Az-a istinadla xəbər verir ki, bunu İranın İraqdakı səfiri  İrəc Məscidi deyib. 
 
O bildirib ki,  İraq rəsmiləri koronavirusla bağlı mövcud şəraitdə Ərbəin yürüşündən danışmağın çətin olduğunu bildirirlər və buna görə də hələlik Ərbəin yürüşü ilə bağlı heç bir göstəriş verilməyib. 
 
“İraqda koronavirus epidemiyasının geniş yayılması və bu ölkədə tibbi imkanların zəif olması  narahatedici məsələlərdəndir.  Mən İraq rəsmilərinin bu il Ərbəin yürüşü üçün əcnəbi zəvvarları qəbul edəcəyini düşünmürəm.  İraq rəsmiləri böyük ehtimalla yalnız öz vətəndaşları üçün  məhdud şəkildə  Ərbəin yürüşündə iştiraka icazə versin. Ötən illərdə olduğu kimi Ərbəin yürüşünün təşkil olunması  əməldə mümkinsiz görünür”. 
 
O qeyd edib ki,  İmam Musa Kazimin (ə) şəhadət mərasimi də İraqda Ərbəin yürüşü kimi təşkil olunur. “Cari ildə İraq rəsmiləri  koronavirusa görə Hərəmə girişi bağlanmışdı, şəhadət günü  ətraf şəhər və kəndlərdən gələnləri  şəhərə girişi qadağan olundu. Zəvvarlar çox hörmətlə  geri qaytarıldı.  Ərbəin yürüşündə də  əgər İraq əhalisi Kərbəlaya tərəf yürüş etsə də ola bilsin hərbiçilər şəhərə girişi bağlasın”. 
 
Hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edir.
 
Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etdiyi bildirilir. Bu il Ərbəin miladi təqvim ilə 08 oktybar tarixinə təsadüf edir.
 
Zəvvarlar Nəcəf - Kərbəla istiqamətində olan təxminən 80 km-lik yolu piyada qət edərək ziyarətə gedirlər.
 

 

Teqlər: Ərbəin ، iran ، İrəc Məscidi ، iqna
captcha