IQNA

3:49 - July 08, 2020
Xəbər sayı: 3487577
"Amerika düşüncə mərkəzlərində siyasi islamofobiya" kitabının müəllifi Həkimə Səqqayi Biriya deyib: Amerikanın düşüncə mərkəzləri İslami müqavimət əleyhinə praktik sekulyar siyasət modelini yayır.

Tehran (IQNA) - İranın Tehran universitetinin ustadının qələmə aldığı "Amerika düşüncə mərkəzlərində siyasi islamofobiya" kitabının təqdimatı mərasimi ötən gün (7 İyul 2020) İQNA-da keçirilib.

"Amerika düşüncə mərkəzlərində siyasi islamofobiya: İslami müqavimətin gücü ilə qarşılaşma metodu" (Political Islamophobia at American Institutes: Battling the Power of Islamic Resistance) adlı bu kitabı İranın Tehran univesitetinin ustadı Həkimə Səqqayi Biriya təlif edib.

Kitabda Amerika düşüncə mərkəzlərinin bu ölkənin daxili və xarici siyasətində islamofobiyanı necə yaymaları və genişləndirmələrinə aydınlıq gətirilib.  

Londonun İslami İnsan Haqları Komissiyasının nəşriyyatı tərəfindən 210 səhifədə çap və nəşr edilən bu kitabın təqdimat mərasimi ötən gün, 6 iyul 2020-ci il, Tehran vaxtı ilə səhər saat 10:00-da İQNA-nın toplantı salonunda təşkil edilib.

Kitabın müəllifi Həkimə Səqqayi Biriya Tehran universitetinin İslami Təfəkkür və Maarif institutunun İslam İnqilabı, İslam sivilizasiyası və tarixi fakültəsinin ustadıdır.

Vaşinqtonun " Wayne State University"nin dünyanın siyasi məsələləri üzrə araşdırmaçı ustadı Səid Xan və həmçinin Londonun İslami İnsan Haqları Komissiyasının rəisi Məsud Şəcərə videokonfrans ilə kitabın təqdimat mərasimində iştirak ediblər.

اندیشکده‌های آمریکایی، نظریه‌پرداز سیاست‌های عملی علیه جریان مقاومت اسلامی

Universitet ustadı və araşdırmaçı, həmçinin "Amerika düşüncə mərkəzlərində siyasi islamofobiya" kitabının müəllifi Həkimə Səqqayi Biriya qələmə aldığı kitabının təqdimat mərasimində çıxış edərək deyib:

Amerikanın düşüncə mərkəzləri İslami müqavimət əleyhinə praktik siyasət nəzəriyyəçiliyi edir.

Bu düşüncə mərkəzləri Amerika dövlətinin İslam dünyası və İslami Müqavimət Hərəkatları barədə siyasətlərinin yönləndirilməsində təsirli və əhəmiyyətli rola malikdir.

Ümid edirəm bu əsərin Amerikanın İslam və müsəlmanlar ilə əlaqələrinin dərki, bu xüsusda ideya irəli sürmək və islamofobiya ilə mübarizə üçün proqram hazırlamaqda xüsusi köməyi olacaq.

İslamofobiya yeni bir mövzu deyil. Biz qərbin istemarçı siyasətində həmişə İslami ölkələr əleyhinə aşkar şəkildə fiziki zorakılıq və ya mədəni və elmi istemarçılıq siyasətinin şahidi olmuşuq.

Şərqşünaslıq həmişə qərbin İslam ölkələri əleyhinə apardığı fiziki zorakı siyasətin yanında hərkət edib. Qərbli şərqşünaslar müsəlman ölkələrin fiziki olaraq işğalına kömək ediblər.

اندیشکده‌های آمریکایی، نظریه‌پرداز سیاست‌های عملی علیه جریان مقاومت اسلامی

Buna görə də ideoloji müstəmləkəçilik həmişə müsəlman ölkələri əleyhinə zorakı yanaşma metodunu seçib və çalışıblar ki, İslami müqaviməti zokarı mədəniyyət və ideoloji müharibənin kölgəsində saxlasınlar.

Bu növ işğalçılıq gah məzhəblərarası təfriqə, gah masonizm və gah da mədəniyyətlərin məhv edilməsi fonunda həyata keçirilib.

Amerikanın düşüncə otaqları çox münəzzəm və proqramlaşdırılmış formada İslam dünyasına yeni mədəni hücum təşkil edib.

Müəllif bu əsəri yazmaqda hədəfini açıqlayaraq deyib:

Mən illər öncə şərqşünaslıq məsələləri ilə maraqlanmağa başladım. İstəyirdim ki, qərb ölkələri ilə İslam ölkələri arasında olan əlaqələri dərindən araşdırım və bu əlaqələrin dərin qatlarını öyrənim. Buna görə də bu kitabda iki ideologiyanı: şərqşünaslıq və Amerikanın istisna bir dövlət olması məsələsini nəzəriyyə olaraq araşdırmağa başladım.

Əvvəlcə Amerikanın tarixində nüfuzu və təsiri olan düşüncə otaqlarını araşdırdım. Bu düşüncə otaqlarının sahibləri öncələr Amerika hakimiyyətində mühüm vəzifələrdə çalışıblar və hazırda da hakimiyyətdə olanların müşavirləri sayılırlar.

اندیشکده‌های آمریکایی، نظریه‌پرداز سیاست‌های عملی علیه جریان مقاومت اسلامی

Kitabda "Rand Corporation", "Brookings Institiution" və "The Washington Institute for Near East Policy" kimi ən mühüm düşüncə istehsal edən mərkəzlərin işini araşdırdım.

Müəllif Amerikanın siyasi düşüncə otaqlarının struktur, iş tərzi və təsirlərinə işarə edərək  bildirib:

Amerikada müxtəlif məsələlərdə fəal olan 1900 civarında düşüncə mərkəzi fəaliyyət göstərir. Onların hədəfi ideologiya ilə siyasət dünyası arasında körpü yaratmaqdır.

İran İslam İnqilabından sonra bu düşüncə mərkəzlərinin çoxu Amerikanın müsəlman ölkələrinə qarşı xarici siyasəti sahəsində aktivləşdilər. Siyasi İslam sahəsində xüsusi araşdırma proqramları hazırladılar və Amerika ilə İslam dünyasının əlaqələrində təsirə malik oldular.  

Xanım Biriya bu düşüncə otaqlarının Amerikanın praktiki siyasətlərində təsirindən danışaraq dedi: Düşüncə otaqlarında fəaliyyət göstərən şəxslər Amerikanın dünya siyasəti və iqtisadiyyatında söz sahibidirlər. Onlar öz təsirlərindən istifadə edərək dövlətə nizamlı şəkildə müşavirə verir və yol göstərirlər.

"Rand Corporation" düşüncə mərkəzi ikinci dünya müharibəsindən sonra Amerika hərbi hava qüvvələri tərəfindən yaradıldı.  

"Brookings Institiution" düşüncə mərkəzini liberallar yaradıb və demokratların hakimiyyətində nüfuza sahibdirlər.   

"The Washington Institute for Near East Policy" düşüncə mərkəzi isə özünü ikipartiyalı hesab edir. Amma daha çox sağçılara meyillidir.

Biz kitabda hər üç düşüncə mərkəzinin fəaliyyət çərçivələrini araşdırmışıq, onların radikalizm kimi məsələlərə yanaşmasını aydınlatmışıq.

Bunun üçün kitabda dörd əsas suala cavab verməyə çalışmışıq: Bu düşüncə mərkəzləri İslam dünyası ilə qərb arasında yaranan problemləri necə izah edirlər. Onların fikrincə bu problemləri kimlər yaradır. Bu problemlərin həlli üçün nə kimi həll yolları fikirləşiblər və bu problemləri necə dəyərləndirirlər, bu problemlərin olmasının onlar üçün xüsusi bir dəyəri varmı?

İslamofobiya institusional vəziyyətdədir

O, Amerikada islamofobiyanın vəziyyətindən danışaraq vurğulayıb: İslamofobiya Amerikada irqçiliyin bir şaxəsidir. İrqçilik Amerika cəmiyyətində institusional olduğu kimi islamofobiya da institusionaldır.

Və bu məsələ Amerika cəmiyyətində müxtəlif formalarda müşahidə edilir: Vətəndaşların İslami görünüşdə gəzən insanlara qarşı cinayətləri; Amerikanın müsəlman vətəndaşlara və müsəlman dövlətlərinə qarşı zorakı siyasi, iqtisadi və mədəni davranışı; Radikalizmlə mübarizə adı altında müsəlmanlara təzyiq; İslami müqavimət cəbhəsini əzmək və müsəlmanların güclənməsinin qarşısını almaq.  

Müəllif araşdırmasının nəticəsinə işarə edərək deyib: Hazırda qərb dövlətləri və amerika müsəlmanlar arasında təfriqə salmaq və vəhdəti pozmaq siyasətini yürütmək isətəsə də buna tam nail ola bilmir. Digər tərəfdən isə İslami müqavimət cəbhəsi zəifləmək yerinə bir da gücləndi.

Amerika düşüncə mərkəzlərinin digər siyasəti isə müsəlmanları radikal və orta yolu tutanlara bölməkdir. Onlar çalışırlar ki, bu iki dəstə müsəlmanlar bir-biri ilə əlaqə yarada və ortaq məsələlərdə razılığa gələ bilməsinlər.

Onlar sekulyar həyat yaşan müsəlmanları orta yolu tutan müsəlman hesab edirlər və radikal islamçı o kəslərə deyirlər ki, İslam qanunları ilə dünya siyasətini çərçivəyə salmaq istəyirlər və İslamı dünya siyasəti üçün ən yaxşı mənbə hesab edirlər: İran, HƏMAS, HİZBULLAH kimi.

Onların fikrincə yaxşı müsəlman odur ki, əvvəl özünü Almaniyalı, ya Amerikalı hesab etsin, sonra müsəlman.

Amerikanın düşüncə otaqları hazırda müsəlman ölkələrində hicab, hədis və digər şəriət məsələləri barədə şübhələr yaradır və bunun da üzərindən müsəlmanlar arasında mübahisə və çəkişmə fitnəsini alovlandırır.  

"The Washington Institute for Near East Policy" düşüncə mərkəzi sionistlərindir. Bu düşüncə mərkəzi Fələstində ciddi fəaliyyət göstərir. Fələstində sekulyar İslamı yayır ki, ideoloji baxımdan yəhudilər ilə aralarında sülh yaransın.

Tehran universitetinin ustadı əlavə edib: Qərb ölkələrindəki islamofobiya irqçiliyin bir şaxəsidir. Qaradərili müsəlmanların 25-33 faizi eyni zamanda həm irqçiliyi və həm də islamofobiyanı tərcübə edirlər.  

Xanım Biriya əlavə edib: Biz bu hadisə ilə mübarizə aparmaq üçün mədəni maarifləndirmə yolunu tutmalıyıq. Əlbəttə fiziki baxımdan da zoraklığın qarşısını almalıyıq. Amma mədəniyyət və diplomatiyanı da unutmamalıyıq. Cəmiyyətin ümumi fikrini islamofobiyaya qarşı təhrik etməli və oyatmalıyıq.  /3909159

Ad:
E-poçt:
* Comment:
* captcha: