IQNA

13:03 - September 11, 2020
Xəbər sayı: 3488092
İran və İraq “Ərbəin” mərasiminin virtual keçirilməsi və koronavirus pandemiyası ilə mübarizənin gücləndirlməsi üçün əməkdaşlığın artırılması haqqında razılığa gəlib.

İran və İraq “Ərbəin” mərasiminin virtual keçirilməsi və koronavirus pandemiyası ilə mübarizənin gücləndirlməsi  üçün əməkdaşlığın artırılması  haqqında razılığa gəlib.  
Bu haqda ötən gün İranın səhiyyə naziri  Səid Nəməki ilə  İraq  səhiyyə naziri Həsən Ət-Təmiminin telfon danışığı olub.
İkitərəfli danışıq zamanı “Ərbəin” mərasiminin virtual keçirilməsini təşkil etmək üçün müştərək komitə yaratmaq haqqında razılıq əldə olunub.  
“Ərəbin mərasiminin daha da əzəmətli keçirilməsi və Əhli-beyt (ə) ardıcıllarının İmam Hüseynə (ə) olan eşqini dünyaya çatdırmaq məqsədilə bu komitə işə başlayacaq”-deyə İran səhiyyə naziri Səid Nəməki vurğulayıb.
Ölkənin müxtəlif bölgələrindən insanların Kərbəlaya yürüş etmək istədiklərini bildirən İraq  səhiyyə naziri Həsən Ət-Təmimi qeyd edib ki,  koronavirusunun geniş yayılmasının qarşını almaq üçün  insanlara virtual şəkildə və uzaqda İmam Hüseyni (ə) ziyarət etmək haqqnda marifləndirmə  aparılır. 
Müqəddəs məkanların ziyarətinin məhdudlaşdırılması ilə bağlı qərarın çox acı olduğunu deyən Təmimi qeyd edib ki, insanların və müsəlmanların sağlamlığını qorumaq, pandemiyanın geniş yayılmasının qarşısını almaq üçün  bunu etməliyik. /3922151
Teqlər: Ərbəin ، İraq ، İran ، virtual ziyarət
Ad:
E-poçt:
* Comment:
* captcha: