IQNA

7:04 - October 12, 2020
Xəbər sayı: 3488343
Tehran (IQNA)  - Misrin müftisi 2016-cı ildə aparılmış araşdırmanın nəticələrinə istinad edərək deyib: Avropa ölkələrində əqidə baxımından İŞİD terrorist qruplaşmasına meyilli olanların sayı çoxalır.

Tehran (IQNA)  - Misrin müftisi Şövqi Əllam 2016-cı ildə aparılmış araşdırmanın nəticələrinə istinad edərək deyib: Avropa ölkələrində əqidə və əhkam baxımından İŞİD terrorist qruplaşmasına meyilli olanların sayı çoxalır.

O əlavə edib: Buna görə də Avropa ölkələrində fəaliyyət göstərən İslam mərkəzlərinin idarə edilməsi işinə, bu mərkəzlərdə fəaliyyət göstərən kadrlarının necə hazırlanması və həmin mərkəzlərin necə yönəldilməsi və rəhbərlik edilməsi məsələsinə yenidən baxılmalıdır. Bu mərkəzlər üzərlərinə düşən məsuliyyəti hiss etməli və İslamın həqiqi sağlam simasını yaymalıdırlar.

Misrin müftisi Şövqi Əllam vurğulayıb: Hazırda Avropada yaşayan müsəlmanların ikinci və üçüncü nəsilinin yarısı İŞİD terror qruplaşmasına bağlıdır. Bu da Avropada yaşayan müsəlmanların işlərinə yerli dövlətlər tərəfindən baxılmasıda və həm də müsəlmanların öz arasında problemlərin olduğunu göstərir.

Şövqi Əllam müsəlmanların terrorizmlə əlaqələndirilməsinə münasibət bildirərək deyib: Fransa prezidenti Makronun sözləri bizi çox narahat etdi. Biz onu İslam dinini bizim inandığımız etibarlı qaynaqlardan daha yaxşı öyrənməyə dəvət edirik. Biz bəzi müsəlmanların fərdi radikal davranışlarını qınayırıq. Onların bu davranışları İslam dini barədə fikir yürütmək meyarı və qaynağı olmamalıdır.

Qeyd edək ki, Misr müftisinin bu çıxışı sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid atəşinə tutulub və onlar müftidən Avropa müsəlmanları barədə araşdırma aparan mərkəzin adını deməsini istəyiblər. Onlar bildiriblər ki, Şövqi Əllamın sözləri onsuz da Qərb ölkələrində irqçilikdən əziyyət çəkən müsəlman azlıqların vəziyyətini pisləşdirə bilər.  /3928553

Ad:
E-poçt:
* Comment:
* captcha: