IQNA

20:56 - December 13, 2020
Xəbər sayı: 3488840
Tehran (IQNA) - Kamal Məhəmməd İraqın məşhur incəsənət xadimlərindən və müğənnilərindən biri idi. O, diktator üçün mahnı oxumağı rədd etmişdi.

Tehran (IQNA) - Kamal Məhəmməd İraqın məşhur incəsənət xadimlərindən və müğənnilərindən biri idi. O, diktator üçün mahnı oxumağı rədd etmişdi.

Bununla da 30 illik xanəndəlik karyerasına son verərək Qurani-Kərimə üz tutmuş və qari olmuşdu.

Kamal Məhəmməd cari həftənin Çaharşənbə günü, 9 Dekabr 2020-ci il, İraqın Nasiriyyə şəhərində koronavirus səbəbi ilə dünyasını dəyişib.

O, 1942-ci ildə İraqın Nasiriyyə şəhərində anadan olmuşdu. 1971-ci ildə musiqi karyerasına "Müatəbin" mahnısı ilə başlayır. Suriya, Misr və digər ərəbdilli ölkələrdə mahnılar ifa edir və konsertlər verir.

1975-ci ilədək pərəstişkarlarına üç musiqi albomu təqdim edir.

İraqlı diktator Səddam Hüseynin onun üçün mahnı oxuması tələbini qəbul etməyən Kamal Məhəmməd xanəndəliyi kənara ataraq İraqın Diyalə əyalətinə köçüb, burada yaşamağa başlayır. 2006-cı ildə isə öz ana vətəni Nasiriyyəyə qayıdır.

Xoşavazlı bu incəsənət adamının diqqəti Quran qiraətinə cəlb edilir. O, Quranı əzbərləyərək hafiz olur. Quran qiraətləri məclislərində tilavət edir və bu sahədə mədəni proqramlara qoşulur.

Allah rəhmət eləsin, ruhu şad.

/3939661

Ad:
E-poçt:
* Comment:
* captcha: