Bu gün (20 Dekabr 2020) IQNA-nın mərkəzi ofisində Höccətul-İslam vəl-müslimin Seyyid Əbulfəth Dəvətinin ərsəyə gətirdiyi "Quranın ahəngdar tərcüməsi" kitabının təqdimatı mərasimi keçiriləcək.
Təqdimat mərasimində Quran mütərcimi və kitabın müəllifi Höccətul-İslam vəl-müslimin Seyyid Əbulfəth Dəvəti, Quran araşdırmaçısı və Kaşif təfsirinin müəllifi Höccətul-İslam vəl-müslimin Əbdülkərim Biazar Şirazi və İslami İrfan araşdırmaçıs və yazar İsmayil Mənsuri Laricani iştirak edəcəklər.
Təqdimat mərasimi IQNA-nın konfrans zalında Tehran vaxtı ilə bu gün, günün ikinci yarısında saat 13:00-dan 15:00-dək keçiriləcək və "@iqna-video" instagram sosial şəbəkə hesabından canlı yayımlanacaqdır.
Qeyd edək ki, Quran mütərcimi və kitabın müəllifi Höccətul-İslam vəl-müslimin Seyyid Əbulfəth Dəvəti yeni ərsəyə gətirdiyi bu əsərdə Qurani-Kərimin Fatihə, ər-Rəhman surələrini və 30-cu cüzünü ahəgnli (ritmik, qafiyəli) tərcümə etmişdir. /3941878