Həzrəti Rəsuləllahın (s) ciyərparəsi Xanım Fatimeyi Zəhranın (s.ə) müsibətli şəhadətinin ikinci tarixinin ildönümü münasibətilə Nəcəfül-Əşrəfdəki İmam Əlinin (ə) mütəhhər hərəmində matəm məclisləri keçirilib.
İraqın bir çox bölgəsindən minlərlə zəvvar İmam Əliyə (ə) başsağlığı vermək üçün Nəcəfül Əşrəfə gəliblər.
Əyyami Fatimə (s.ə) günlərində müqəddəs ziyarətgaha gələn zəvvarların sayında artım olduğu üçün şəhərdə və müqəddəs ziyarətgahda təhlükəsizlik tədbirləri gücləndirilib. /imamali.net