IQNA

BMT TŞ Qüdslə bağlı toplantı keçirir

13:00 - May 10, 2021
1
Xəbər sayı: 3489776
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası bazar ertəsi günü işğal olunmuş Qüds və Şeyx Cərrah məhəlləsi hadisləri ilə bağlı toplantı keçirmək niyyətindədir.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, məlumatına əsasən, Beytül-Müqəddəsdə gərginliyin artması və sionist rejim hərbçilərinin Əl-Əqsa məscidi və Şeyx Cərrah məhəlləsində fələstinlilərə hücum etməsi fonunda xəbər mənbələri BMT Təhlükəsizlik Şurasının bazar ertəsi günü bu məsələni müzakirə etməyi planlaşdırdığını bildiriblər. 

Ən son hadisələrdə, Şeyx Cərrah məhəlləsi və Əl-Əqsa məscidinin Babəl-Əmud darvazasıda sionist rejim hərbçiləri ilə fələstinli etirazçılar arasında baş verən toqquşmada azı 14 fələstinli yaralanıb və bir neçəsinin də saxlandığı bildirilir.

Sionist rejim Ramazan ayının əvvəlindən fələstinli müsəlmanların müqəddəs məkanlara girişini ciddi şəkildə məhdudlaşdırıb ki, bu da fələstinlilər tərəfindən etirazlar və oturaq aksiyalarla qarşılanıb. 

Son günlərdə, fələstinlilərə qarşı şiddətə son qoymaq üçün sionist rejimə beynəlxalq təzyiqlər artıb.Türkiyə, Mərakeş, Suriya, İordaniya və bölgedeki bir çox ölkə İsrail rejiminin Şərqi Qüdsdəki vandalizminə etiraz edərək, onu kəskin şəkildə qınayıblar. 

Həmçinin, Türkiyə mediası bazar günü minlərlə türkiyəlinin sionistlərin fələstinlilərə qarşı hücumlarını pisləmək üçün bu rejimin İstanbuldakı konsulluğu qarşısında toplandığını bildirib.

Bəzi xəbər mənbələrinə görə, bir çox etirazçı konsulluğun divarından yuxarı qalxıblar.

Nəşr edilmiş: 1
Yoxlanılır: 0
Nəşrə yararsız: 0
Elçin
0
0
Allah zalımlara lənət eləsin
Tezliklə Israili əhli ilə bahəm yerlə yeksan eləsin
captcha