IQNA

10:36 - June 14, 2021
Xəbər sayı: 3490057
İordaniyanın Qurani-Kərimin Qorunması Birliyi cari ilin yay ayları üçün cəmiyyətdə mənəvi dəyərlərin qorunması hədəfi ilə ölkənin bütün şəhərlərində "Yay Quran Təlim Mərkəzləri" layihəsini icra edəcək.

İordaniyada son 30 ildə başladılmış bu layihə cari ildə İyun ayının 29-dan koronavirusa qarşı sanitariya protokollarına riayət eməklə öz işinə başlayacaq.

İordaniyanın Qurani-Kərimin Qorunması Birliyinin baş direktoru Hüseyn Əssaf bu barədə məlumat verərək əhalidən övladlarını yaşadıqları regionlarda mərkəzin filiallarında qeydiyyatdan keçirməyə dəvət edib və bildirib ki, bu mərkəzlər yeniyetmə və cavanlarda insani dəyərləri, mənəvi keyfiyyətləri yüksəltmək, onları nəfslərini təzkiyə etməkdə kömək olmaq və onları radikal cərəyanarlardan qorumaq üçün çalışır. / iqna

Ad:
E-poçt:
* Comment:
* captcha: