IQNA

Kanadada müsəlman qızlara irqçi hücum edildi

18:13 - June 25, 2021
Xəbər sayı: 3490142
Kanadanın Alberta vilayətində hicablı Şəms və Qəmər Əhməd adlı müsəlman bacılara irqçi hücum edilib.

Eastnews.org-un verdiyi xəbərə görə, Kanadanın Alberta vilayətində hicablı Şəms və Qəmər Əhməd adlı müsəlman bacılara irqçi hücum edilib.  

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Eastnews.org-a istinadla xəbər verir ki, Maskalı təcavüzkar Sent-Albert şəhərində küçədə gəzən 20 yaşlarında olan bacılara irqçi fikirlər söyləyərək yaxınlaşıb.  

Naməlum şəxs qızlardan birini yerə itələyib, gənc qız huşunu itirib. Təcavüzkar bununla kifayətlənməyib, digər qızın boğazına bıçaq tutub və onu təhqir edib.  

Hücuma məruz qalan müsəlman qızların vəziyyətləri yaxşıdır. Kanada polisi təcavüzkarın daha sonra hadisə yerindən qaçdığını açıqlayıb.  

50 yaşlarında olduğu təxmin edilən şübhəlinin axtarışı davam edir. 

 

Teqlər: kanada ، müsəlman ، irqçilik ، İslam
captcha