Almaniyanın Köln şəhərində İrkaz təşkilatı tərəfindən İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü adlanan “Ərbəin” münasibətilə kampaniya keçirib.
Mərasimdə Ərbəinin mesajı avropalılara çatdırılıb, broşurlar paylanılıb.
Bu barədə təşkilatın sədri Mirbaqir Ağayev Az.shafaqna.com-a məlumat verib.
O qeyd edib ki, bu kampaniya Ərbəinin tanıdılması və mənasının çatdırılması istiqamətində ilk aksiyadır.