IQNA

Milyonlarla zəvvar İraqın Kərbəlayi Müəlla şəhərində

20:29 - September 27, 2021
Xəbər sayı: 3490833
İraq mənbələri, milyonlarla zəvvarın Kərbəlada İmam Hüseynin (ə) ərbəini mərasimində iştirak etdiyini bildiriblər.

Astani Qüdsi Hüseyninin rəhbər müavini "Əfzəl Əl-Şami" deyib: "Dünya azadələrinin ağası və sərvərinin vurğunları və zəvvarları İraqın müxtəlif vilayətlərindən İmam Hüseynin (ə) ərbəini mərasimində iştirak etmək üçün hələ piyada şəklində müqəddəs Kərbəla şəhərinə doğru gedirlər".

Əl-Şami Kərbəla şəhərinin daha çox zəvvar və Mökəbi qarşılamaq ərəfəsində olduğunu qeyd edərək, əlavə edib: "Xidmətlər və təhlükəsizlik tədbirləri davam edir, şəhərin bütün ətraf bölgələrində təhlükəsizlik vəziyyəti stabildir".

Astani Qüds Hüseyninin rəhbər müavini bildirib ki, nəqliyyat planı, Nəqliyyat Nazirliyi, Müqəddəs Ziyarətgahlar və digər dəstək qurumları kimi iştirakçı təşkilatlar arasında bölünüb və Astani Hüseyni Kərbəla-Babil yolundakı zəvvarların daşınmasını üzərinə götürüb və zəvvarların daşınmasında heç bir problem olmayacaq".

1443-cü hicri qəməri ili səfər ayının 20-i, 2021-ci milad ili sentyabrın 27-i İmam Hüseyn (ə) və vəfalı köməkçilərinin Kərbəla çölündə şəhid edilmələrinin qırxıncı günü- Ərbəin günüdür. Belə bir gündə, bütün dünyadan milyonlarla zəvvar İmam Hüseynin (ə) ərbəini mərasiminə iştirak etmək üçün İraqın cənubundakı Kərbəla şəhərinə daxil olur.

captcha