IQNA

14:21 - November 28, 2021
Xəbər sayı: 3491276
Nəcəf Əşrəfdə Müqəddəs Ələvi Astanının Qurani-Kərim Mərkəzi, xarici tələbələr üçün xüsusi Quran kursu keçirib.

İQNA, "Qaf" xəbər agentliyinə istinadən xəbər verir ki, Müqəddəs Ələvi Astanının Qurani-Kərim Mərkəzi tərəfindən Nəcəf Əşrəfdə həftədə 3 gün 2 ay olmaqla xarici tələbələr üçün Quran kursu keçirilib.

Bu Astanın Quran təhsili bölməsinin rəhbəri Əmir Kəssar deyib: "Bu kurs Astan Ələvi Quran Mərkəzinə bağlı Təhsil Şöbəsinin nəzarəti altında keçirilib. Orada Pakistan Elmi Hövzəsindən 12 tələbə iştirak edib."

Həzrət Əlinin (ə) hərəminin həyətində keçirilən həftəlik Quran məclisində də bu tələbələrin buraxılış mərasimi və bayramı keçirilib.

Kəssar əlavə edib ki, doğru qiraət və Quranın qiraət qaydalarına dair bu xüsusi kurs, bu sahədə Quranın qiraəti və təfsiri üzrə ustad Seyid Qatad əl-Hüseyninin iştirak etdiyi tədris proqramı əsasında hazırlanmışdır.

O, bu kursun xarici tələbələrin Quran qiraətlərinin yaxşılaşmasına və ərəb dillərinin güclənməsinə mühüm təsir göstərdiyini vurğulayıb.

4016724

Ad:
E-poçt:
* Comment:
* captcha: