IQNA

Kvebek əyalətində hicabla bağlı qanuna qarşı hüquqi tədbir görülməsi ehtimalı

15:43 - December 11, 2021
Xəbər sayı: 3491353
Kanadanın baş naziri, Kvebek əyalətində dövlət qurumlarında hicabı qadağan edən dünyəvilik qanunu səbəbiylə örtülü bir müəllimin işdən çıxarılmasının ardınca, deyib ki, bu qanuna qarşı hüquqi tədbir görülə bilər.

"İQNA", "Əl-Qüds Əl-Ərəbi"-yə istinadən xəbər verir ki, Kanadanın baş naziri Castin Trüdo deyib: "Keçən həftə müəllimi hicab geyindiyinə görə işdən çıxaran Kvebek əyalətinin qanunlarına qarşı hüquqi addımların atılması ehtimalı var."

Trüdonun ofisi elektron məktubda deyib: "Kanadada heç kim örtünün növünə və ya dini inanclarına görə işini itirməməlidir. Biz gələcəkdə heç bir məhkəmə prosesi üçün qapını bağlamamışıq."

Qeyd edək ki, ötən cümə axşamı Kanada yerli mediası məlumat yayıb ki, Kvebek əyalətinin məktəbləri şurası 2019-cu ildə təsdiq edilmiş dünyəvilik haqqında qanunun tətbiqinə uyğun olaraq, Fatimə Ənvari adlı qadın müəllimi hicab geyindiyi üçün işdən çıxarıb.

Kanadanın Kvebek əyalətində müsəlmanların sayı təxminən bir milyon 53 min nəfərdir.

4019958

Ad:
E-poçt:
* Comment:
captcha