"İQNA", xəbər verir ki, Misirin məşhur qarisi Məhəmməd Siddiq Menşavinin anadan olmasının 120-ci ildönümü münasibətilə bir qrup beynəlxalq Quran qariləri və fəallarının iştirakı ilə səmimi söhbət keçirilib.
Menşavi 20 yanvar 1920-ci ildə Misirin Suhac əyalətinin Menşah kəndində anadan olub. O, İslam dünyasının ən böyük Quran qarilərindən biri idi. Atası Siddiq Seyyid Menşavi və qardaşı Mahmud Siddiq Menşavi də Məhəmməd kimi məşhur Quran qariləri olublar.
Məhəmməd Siddiq Menşavi 49 yaşında Qahirədə özofagus varikozlarından dünyasını dəyişib.
4029591