IQNA

İslamda hökumət qurmaq vacibdir

12:17 - June 01, 2022
Xəbər sayı: 3492325
İslamın ilahi qanunlarında müsəlmanlara hökumət qurmaq açıq şəkildə əmr edilmişdir. Həmçinin qeyd olunmuşdur ki, əgər hökumət qurmasanız, dinin inkişafının yolunu kəsmisiniz. Əlbəttə ki, siyasi sistemin formalaşması əsas məqsəd deyil, lakin o, əsas məqsədə çatmaq zərurətindən zərurətə çevrilib.

Höccətül-islam vəl-müslimin Zəbihullah Nəimian Qumdakı Təqrib Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda İslam dinləri alimlərinin iştirakı ilə keçirilən "İslamın siyasi sistemi Hənəfi sünnilərinin nəzərində" adlı elmi konfransda Zahidandakı Darul-Ulumun hədis ustadı Übeydullah Badpanın Hənəfi məzhəbi prizmasından hökumətlə bağlı fikirlərini müzakirə edib. O, belə deyib:

Cənab Übeydullah Badpa haqlı olaraq dedi ki, İslamda hökumətlə bağlı bu məsələdə üç baxışımız var. Cəmiyyətin ehtiyac və tələblərinə daha yaxşı cavab vermək üçün sərhədlərimizin dünyəvi perspektivlə aydınlaşdırılması və şəffaf edilməsi çox mühüm məsələdir. İlk əsrlərdə hakimiyyətlə bağlı bir baxış var idi. Müasir dövrdə hakimiyyətlə bağlı başqa baxış formalaşıb. Bu arada məzhəblərin fərqliliyi də çox təsirli ola bilər.

Təbii ki, tarixi xristianlığın bununla çox az əlaqəsi var və mahiyyətcə dünyəvidir. Yəni cəmiyyətin idarə olunması ilə bağlı təklifləri yoxdur. Amma tarixi yəhudilik hökumətin qurulmasına inancı olub və biz şəriətin əhatəliyini onda görürük. Yəhudilikdən daha üstün İslam dinidir ki, daha əhatəlidir və hər bir hadisə üçün nəzər və hökmü vardır.

Başqa bir məqam isə siyasətin dinin qayəsi olub-olmaması idi. Düzdür, siyasət əsas məqsəd deyil. Amma əsli və fəri məsələni daha ətraflı izah etməliyik. "Əsli" olmağı məna etməliyik. Çünki ilahi əmrlərə baxanda din deyir ki, hökumət qurun, siz hökumət qurmasanız, dinin inkişafının yolunu kəsmisiniz.

İlahi hökmləri təbəqələndirmək istədikdə görürük ki, bəzisi "zati vacib" və bəzisi də "qeyri vacib"dir. "Zati vacib" yəni öz-özlüyündə hədəf hesab edilir. "Qeyri vacib" isə başqa bir hədəfin müqəddiməsi kimi vacib olmuşdur. Biz hökuməti "qeyri vacib" nəzərdə tuta bilərik. Amma bu məsələyə aydınlıq gətirilməlidir. Çünki əgər hökumət qurulmasa, digər hökmlər də həyata keçməz. Hökumət o qədər əhəmiyyətlidir ki, onsuz İslamın önəmli bir hissəsinin həyata keçməsi mümkün olmaz. Bu dəlillərə əsasən, hökumətin qurulmasının əhəmiyyəti aydın olur.

4060186

Ad:
E-poçt:
* Comment:
* :