IQNA

Dini maarif Əllamə Cəfərinin baxışında

22:48 - August 15, 2022
Xəbər sayı: 3492730
Əllamə Cəfərinin dini maarifin təfsiri və dini bilginin yeddi ünsürü haqqında danışması göstərir ki, əgər onun müasir dünyadan anlayışı olmasaydı və ənənəvi dünyagörüşünə uyğun düşünsəydi, o, necə belə bir intellektual quruluşu formalaşdıra bilərdi?

“Qapalı Din, Açıq Din” adlı toplantıda din sosiologiyası üzrə tədqiqatçı Seyyid Cavad Miri Əllamə Məhəmməd Təqi Cəfərinin dindarlıq və müasir dünyanın kimliyi haqqındakı anlayışından danışıb ki, onu aşağıda oxuya bilərsiniz;

Bəziləri hesab edir ki, Əllamə Cəfəri ənənəvi şiə alimi olaraq açıq və qapalı cəmiyyəti heç bir şəkildə müzakirə edə bilməz. Çünki onun dünyagörüşü ənənəvidir. Bununla bağlı bir müqəddimə etmək lazımdır.

Əllamə Cəfəri 1923-cü ildə anadan olub və 1998-ci ildə vəfat edib. 1923-cü ildə İran Məşrutiyyət inqilabının dəyişikliklərinin təsiri altında idi. O, dini elmlər tələbəsi olub və gəncliyinin ən mühüm hissəsini Nəcəfdə keçirib. Sonralar Tehranda məskunlaşaraq əsərlər yazıb. Onunla eyni vaxtda başqa alimlər də olub. Amma nəzər saldıqda onların heç biri öz əsərlərində sistemli şəkildə Viktor Hüqo kimi rus yazıçılarına müraciət etməyib. Əllamə Cəfərinin müasir dünyadan anlayışı yox idisə, bu məqama necə gəlib çatmışdır?

Əllamə Cəfərinin din və müasirlik arasındakı əlaqəni fərqli başa düşməsi

Onun “Vicdan” adlı kitabı var. Orada vicdandan bəhs edir. Qanunla əxlaqı bir-birindən ayırmağa çalışır. Dostoyevski “Əbləh” adlı kitabında bu Kant ikiliyi haqqında düşünməyə və təkcə qanunun insanı uğura apara bilib-bilməyəcəyi sualına cavab verməyə çalışır. Dostoyevski deyir ki, qanun cəmiyyəti nizama sala bilər. Amma vicdan insanı düzəldə bilər. Əllamənin Dostoyevskinin təsirində qaldırdığı arqument məhz budur. Bu onu göstərir ki, onun din və müasirlik əlaqəsi barədə anlayışı digər müasir şiə alimlərindən fərqli bir anlayışdır və bu məqama az diqqət yetirilmişdir. Əllaməni yenidən oxumağa cəhd edənlər, onun diqqət yetirdiyi dəqiq anlayışlara məhəl qoymadıqları üçün bu mövzuları əsas mövzu hesab etməmişlər.

Bunu ona görə dedim ki, Əllamə Cəfərinin nəzərində açıq din və qapalı dinin nə olduğunu çatdırım. Əllamə dini elmdən bəhs edərkən yeddi iqlimi nəzərdə tutur və deyir ki, bu iqlimlər bir yerə yığıldıqda onların nəticəsi dini elmdir. Əllamənin nəzərində dini bilik dünya ənənələrinə açıq olan çox mürəkkəb birləşmə olduqda, təbii olaraq bu insanın nəyin dini, nəyin dini olmayan anlayışı fərqli olur.

Əllamə Cəfərinin fikrincə, dini biliklər bizə dini açıq atmosferdə görmək qüdrətini verir. Yəni insan təcrübələri, bəşər tarixi və insan cəmiyyətlərinin təkamülü insan cəmiyyətində bir növ ürf yaradıb. Biliyə baxışınız yeddi iqlimdə formalaşdıqda, baxışınız başqa ənənələrə bağlı deyil. Əllamənin bizim üçün mümkün etdiyi mütaliə odur ki, o, ümumi məsələni bizim ictimai və dini məsələləri dərk etdiyimiz yerə qoyur.

Maraqlıdır ki, Əllamə Cəfəri fiqhi keçmişə malik şiə mütəfəkkirlərindən biri kimi dini bilikləri fiqh əsasında formalaşdırmağa çalışmamışdır. Əksinə, fiqhi dini sahənin kiçik bir hissəsi və digər sahələrlə birlikdə dini sahə hesab etmişdir. Bunların cəmi dini biliyə çatır.

4072423

Ad:
E-poçt:
* Comment:
captcha