IQNA

Quran məktəbi; Tövbə surəsində təfəkkür /3

"Tövbə" surəsinin ümumi atmosferi

11:10 - November 27, 2022
Xəbər sayı: 3493320
Peyğəmbər (s) Məkkəni fəth etdikdən sonra müşriklərə İslam qanunları çərçivəsində əməl etdikləri təqdirdə şəhərlərini tərk etməmək icazəsi verildi. Amma müşriklər yavaş-yavaş öz çərçivələrindən çıxır və fitnə-fəsad başlayır. Tövbə surəsinin məzmunu bu hadisə ilə başlayır və sonra müsəlman cəmiyyətinin vəziyyətini araşdırır.

Tehran Universitetinin Quran və İtrət Tələbə Məktəbinin elmi heyətinin üzvü Hani Çitçianın “Surənin ümumi atmosferi ilə tanışlıq” mövzusunda tədris etdiyi “Tövbə” surəsində tədəbbür ilə bağlı mülahizələr silsiləsinin üçüncüsü keçirilib. Onun mətnini aşağıda oxuya bilərsiniz:

"Tövbə" surəsinin birinci ayəsindən 16-cı ayəsinə qədər mövzu bəraət (uzaqlaşmaq və ikrah hissi duymaq) barəsindədir. Peyğəmbər (s) Məkkəni fəth etdikdən sonra müşriklərə İslam qanunları çərçivəsində əməl etdikləri təqdirdə şəhərlərini tərk etməmək icazəsi verildi. Bu, hicri 8-ci ildə baş verdi, lakin müşriklər tədricən öz çərçivələrindən çıxır və fitnə-fəsad başlayır.

Sonrakı ayələrdə görürük ki, möminlərdən bəziləri onlarla qohum olur və aralarında bir bağ yaranır. Yavaş-yavaş müşriklərin mədəniyyəti İslam cəmiyyətinə daxil olur və müşriklər Peyğəmbərlə (s) əhdi rəsmən pozurlar. Bir müddət sonra bəraət hökmü gəlir ki, müşriklər əhd-peymanlarını pozduqları üçün onların İslam cəmiyyətində qalmağa haqqı yoxdur. və “Dörd ay (sizin vaxtınız var) yer üzündə (sərbəst) gəzin (və istədiyiniz yerdə gedin və fikirləşin)" (Tövbə, 2). Ya müsəlman olmaq, ya da Məkkə şəhərini tərk etmək üçün dörd ay vaxtları var. Onlar əhdi pozduqlarına görə artıq dini hakimiyyətdə öz həyat tərzlərini sürdürə bilməzlər. Beləliklə, əmr gəlir ki, ya başqa yerə getsinlər, ya da burada qalıb, müsəlman olsunlar.

Əlbəttə ki, bu məsələ əhdə vəfalı olan müşriklərə aid deyildi. Dörd ay bitdikdən sonra getməsələr və İslamı da qəbul etməsələr, müşriklərlə vuruşmaq əmri veriləcək. Surənin səkkizinci ayəsində möminlərə xəbərdarlıq edir: "Necə ola bilər ki, onlar sizə qalib gəlsələr, nə bir anda, nə də bir əhdə əməl edərlər? Onlar ürəkləri istəmədikləri halda, sözdə sizi razı salmağa çalışarlar". hər halda buyurulur ki, “Onlarla vuruşun ki, Allah sizin əlinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırıb möminlərin ürəklərini fərəhləndirsin.” (Tövbə, 14-cü ayə).

Həmçinin, 16-cı ayədə başqa bir xəbərdarlıq edilir: "Yoxsa elə güman edirsiniz ki, Allah içərinizdən cihad edənləri, Allahdan, Onun Peyğəmbərindən və möminlərdən başqasını özlərinə dost tutanları ayırd etməmiş siz sərbəst buraxılacaqsınız? Allah nə etdiklərinizdən xəbərdardır!". Ey möminlər, niyə sizin qəlbinizdə Allah, Peyğəmbər və möminlərin sevgisi qəlbinizdə yoxdur. Başqa sevgilər də var. Bilin ki, bunlar işi xarab və ayaqlarınızı süst edər.

Təbii ki, siz surənin növbəti ayələrinin müşriklərlə mübarizə haqqında olmasını gözləyərdiniz, xüsusən də bu surədən əvvəl "Ənfal" surəsini oxusanız, müşriklərlə döyüşmək haqqındadır. Amma surənin davamı ümumən möminlərdən bəhs edir. Bu məsələyə köklənib ki, bəraət hekayəsi müsəlman cəbhəsinin qarışdırıb və xaotik mühit yaradıb və qəlblər süst olub.

Buna görə də, ümumiyyətlə, ayələr müsəlman cəbhəsi haqqındadır ki, bir hissəsi möminlərə, bir qismi də münafiqlərə (qəlbi ilə inanmayan, lakin dili ilə özünü mömin kimi təqdim edən insanlar) aiddir. O insanlar ki, möminlər cəmiyyətindədirlər və mümkündür ki, siz onların çoxunu tanımırsınız.

4091021

Ad:
E-poçt:
* Comment:
captcha