"İQNA", "Sama Media"-ya istinadən xəbər verir ki, Qurani-Kərimin bir çox proqramları yaradıldı ki, zaman keçdikcə təkmilləşdi. Onlardan ən qabaqcıl olanı isə süni intellektin Quran ayələri ilə əlaqələndirilməsi təcrübəsidir. Bu, qarşılıqlı əlaqənin keyfiyyətinə və istifadəçilərin maksimum istifadəsinə kömək edir.
"Tarteel" proqramı istifadəçiyə Qurani-Kərimi qiraət etmək və əzbərləməkdə kömək etmək üçün süni intellektdən istifadə edən proqramdır.
Tertil proqramı istifadəçilərə Quran ayələrini səslə oxumağa və onları izləməyə imkan verən unikal elektron Qurandır. Yəni istifadəçi ayələri oxuyur və proqram onu izləyir və oxuduğu hər sözü müəyyən edir.
Bu imkan unikal təcrübədir, xüsusən istifadəçi telefon ekranına toxunmadan ayələri izləmək üçün yalnız səsi ilə oxuyur. Tərcümə ilə yanaşı hər bir ayənin mənasını da təfsir və izah etmək mümkündür. Bu, İslam dünyasının müxtəlif yerlərində proqramın genişlənməsi üçün böyük perspektiv açır.
"Tertil" proqramı istifadəçilər tərəfindən yaxşı qarşılanıb. Onun sevilməsinin ən mühüm səbəblərindən biri ərəb dilindən ingilis, fransız, hindi və urdu dillərinə tərcüməsidir.
4142931