IQNA

İngiltərədə İslamı tanıtmaq üçün məscidlərdən istifadə edilir

8:32 - September 27, 2023
Xəbər sayı: 3494793
LONDON (IQNA) – İngiltərə İslam Şurası İslamı tanıtmaq üçün bu ölkədəki məscidləri ziyarət etməyi təşviq etmək barədə bir planın başladığını elan etdi.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, İngiltərə İslam Şurası İslamı tanıtmaq üçün təşəbbüs təşkil edib.

“Məscidimi Ziyarət Et” adı ilə fəaliyyətə başlayan layihənin məqsədi İngiltərə daxilində qapıları bütün din və inanclardan gələn ziyarətçilərə açıq olan 250-dən çox məscidi tanıtmaqdır.

İngiltərə İslam Şurası bu planı sentyabrın 23 və 24-də həyata keçirdi. Bu məscidlərdə müxtəlif tədbirlər tərtib olunmuşdu.

Bununla bağlı İslam dininin tanıdılması, digər dinlərlə dostluq və yaxınlaşma körpülərinin yaradılması məqsədilə görüşlər keçirilib. Həmçinin məscidlərə gələnlərə yemək və şirniyyatlar verilib.

Bu planda İngiltərə İslam Şurası sosial şəbəkələrdəki hesablarında İngiltərədəki müxtəlif məscidlərdə ziyarətçilərin çox olduğunu göstərən "#Məscimimi Ziyarət et" həştəqi vasitəsilə çoxsaylı səhnələr və video kliplər yayımlayıb.

İngiltərə İslam Şurasından verilən məlumata görə, bu layihə 2015-ci ilin fevral ayında 20-yə yaxın məscidin iştirakı ilə başlayıb. Sonrakı illərdə bu məscidlərin sayı artıb. Hazırda İngiltərə üzrə 250-dən çox məscid bu layihədə fəal iştirak edir.

Bu təşəbbüsün keçirilməsi İngiltərənin siyasi xadimləri və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri tərəfindən müsbət qarşılanıb. Bu insanlar yaşadıqları məscidləri ziyarət ediblər.

İslam İngiltərədə ikinci ən böyük dindir. İndiyədək bu ölkədə 600-ə yaxın məscid və 60 İslam məktəbi yaradılıb.

İngiltərənin müsəlman əhalisi əsasən 1950-1970-ci illərdə İngiltərəyə gələn mühacirlərdən ibarətdir. İngiltərədə müsəlman əhalisinin dəqiq statistikası yoxdur. Lakin mövcud rəqəmlərə görə müsəlmanların minimum sayı bir milyon, maksimum isə 1,5 milyondur. Onların əksəriyyəti sünni, kiçik bir qrupu isə on iki imamçı şiə və ismailiyyə məzhəbindəndir.

4171128

captcha