IQNA

İsrail Qəzzada daha bir jurnalisti öldürüb

8:31 - January 17, 2024
Xəbər sayı: 3495315
İQNA - Oktyabrın 7-dən Qəzzada sionist rejim tərəfindən öldürülən jurnalistlərin sayı artaraq 118-ə çatıb.

Sionist rejim ordusunun Qəzzada daha bir jurnalisti şəhid etdiyi və oktyabrın 7-dən bu yana davam edən hücumlarda həyatını itirən mətbuat işçilərinin sayının 118-ə yüksəldiyi bildirilib.

Hökumətin Qəzzadakı Media Ofisindən verilən yazılı açıqlamada, Əl-Gad Televiziyasının fotomüxbiri Yezen Əz-Zuveydinin İsrailin hücumu nəticəsində həyatını itirdiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, İsrailin oktyabrın 7-dən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən jurnalistlərin sayı 118-ə yüksəlib.

Züveydinin harada və necə öldürüldüyü barədə məlumat paylaşılmayıb.

captcha