IQNA

ESCAP İslam ölkələrinin Taylandda iftar mərasimi

5:52 - April 07, 2024
Xəbər sayı: 3495751
İQNA - İran İslam Cümhuriyyəti ilə BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasına üzv olan İslam ölkələrinin birgə iftar mərasimi Taylandın paytaxtında keçirilib.

"İQNA", xəbər verir ki, İran İslam Cümhuriyyəti və ESCAP ölkələrinin birgə iftar mərasimi çərşənbə günü, aprelin 3-də İran, Türkiyə, Banqladeş, Bruney, İndoneziya və Malayziya nümayəndələrinin iştirakı ilə Bankokda keçirilib.

Mərasim bu komissiyanın baş katibi Armida Salsiah Alisjahbananın çıxışı ilə başlayıb.

İftar süfrəsinə İslam ölkələrinin Tailanddakı səfirliklərindən qonaqlar dəvət olunub. Mərasim zamanı hər ölkə iftar süfrəsinə öz yerli yeməklərini gətiririb.

4208572

 

captcha