IQNA

Türkiyədə bayraqlar yarıya qədər endirilib

10:54 - May 21, 2024
Xəbər sayı: 3495986
İQNA - Helikopter qəzasında həyatını itirən İran prezidenti İbrahim Rəisi üçün Türkiyədə bayraqlar yarıya endirilib.

İran prezidenti İbrahim Rəisi və helikopter qəzasında şəhid olanlar üçün Türkiyədə bir günlük milli matəm elan edildikdən sonra İstanbulda bayraqlar yarıya endirilib.

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra helikopter qəzasında şəhid olan İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyəti üçün bir günlük milli matəm elan edildiyi açıqlanıb.

captcha