IQNA

Təşriq günləri hansı günlərdir?

23:36 - June 18, 2024
Xəbər sayı: 3496173
İQNA - Təşriq günləri, zilhiccə ayının 11-dən 13-ə qədər olan günlər üçün bir addır ki, onda Qurban və "Rəmyi-cəmərat" kimi mühüm ayinlər keçirilir.

Təşriq günləri hansı günlərdir?Təşriq günləri zilhiccə ayının 11-dən 13-ə qədər olan günlər üçün bir addır. Sözükeçən günlərə bu adın qoyulma səbəbi ilə bağlı çoxlu müzakirələr aparılıb. Bəziləri belə hesab edir ki, yoxsulların istifadə etməsi üçün bu gün qurbanın əti gün altında qurudulurdu ki, xarab olmasın. Bu iş kifayət qədər günəş işığı tələb etdiyi üçün ona Təşriq deyilir. Bəziləri isə deyirlər ki, sözükeçən günlər ona görə bu adla adlandırılıb ki, onlar günəş çıxanda qurban kəsməyə başlayıblar. Ümumiyyətlə, aydın olan odur ki, “Təşriq günləri” cahiliyyət dövründən qalan bir addır. İslamın əvvəllərində və ondan əvvəlki əsrlərdə bu 3 günün hər birinin özünəməxsus adları var idi.
Qurban kəsmək, Mina məntəqəsində həccin vacib əməllərindən və ayinlərindən biridir ki, zəvvarlar təşriq günlərində Minaya daxil olduqdan sonra onu yerinə yetirirlər. Təşriq günlərində, həccin digər vacib əməllərindən biri də "Rəmyi-Cəmarat və hacıların bu 3 gümdə gecənin yarısına qədər beytutələridir. Hədislərə və fiqhi mətnlərə əsasən, Təşriq günlərinin xüsusi adətlərindən biri namazlardan sonra təkbir deməkdir.
Bu günlərdə tarixdə bir neçə mühüm hadisənin baş verdiyi nəql edilmişdir. Hicri 9-cu ildə Həzrət Peyğəmbərin (s) əmri ilə Həzrət Əli (ə) həcc mərasimində zəvvarlar üçün “Bəraət” surəsini oxuyub. Həmçinin Peyğəmbərin (s) risalətinin 13-cü ilində Təşriqin ikinci günündə bir qrup ənsarla bağlanan "İkinci Əqəbə" müqaviləsi onun Mədinəyə hicrətinə zəmin yaratdı.

captcha