IQNA

Misirdə Beynəlxalq Fətva Konfransı işə başlayıb

4:41 - August 01, 2024
Xəbər sayı: 3496447
İQNA - Dünya Fətva Şuraları Katibliyinin himayəsi altında 9-cu Beynəlxalq Misir Fətva Konfransı Qahirədə öz işinə başlayıb.

"İQNA", "Əl-Yəvmus-Sabi"-ə istinadən xəbər verir ki, Beynəlxalq Fətva Konfransının 9-cusu iyulun 29-u bazar ertəsi Qahirədə öz fəaliyyətinə başlayıb.
İki gün davam edəcək tədbirdə 100-dən çox ölkədən baş müftilər, fondlar nazirləri və alimlər iştirak edir.
Misir müftisinin müşaviri İbrahim Nəcm, konfransın əsas mövzusunun dünyada fətva və əxlaqın təbliği olduğunu bildirib.
Konfransın proqramının mühüm hadisələrlə dolu olduğunu deyən Nəcm, ilk gün Misir Baş Müftisinin çıxışının olduğunu, daha sonra katiblik və fəaliyyətləri ilə bağlı sənədli filmin nümayiş etdirildiyini bildirib.
Bundan əlavə, o, konfransda təcrübi elmlər, ictimai elmlər və süni intellekt sahələrindəki inkişaflar fonunda Fətva əsaslı Əxlaq kodeksinin yaradılması üçün seminar keçiriləcəyini bildirib.
O, həmçinin “Fətva, maneələr və mənəvi çətinliklərlə mübarizə” adı altında toplantı keçiriləcəyini bildirib.
4228860

captcha