Qəzzanın Səhiyyə Nazirliyi işğalçı sionist rejimin həyata keçirdiyi hücumlarda Qəzzada hazırkı şəhid və yaralıların sayı barədə məlumat verib.
Açıqlamada işğalçı rejimin son 24 saat ərzində həyata keçirdiyi 3 hücumda 24 nəfərin şəhid olduğu, 57 nəfərin yaralandığı bildirilib.
Belə ki, Nazirlik oktyabrın 7-dən Qəzzada şəhidlərin sayının 41 min 206-ya, yaralıların sayının isə 95 min 337-yə yüksəldiyini qeyd edib.
Açıqlamada bir çox ölənin hələ də dağıntılar altında və yollarda olduğu, lakin işğalçı rejimin təcili yardım və mülki müdafiə qruplarının onları çıxara bilməsinə mane olduğu bildirilib.
4236675