IQNA

Qəzzada İsrail tərəfindən öldürülən jurnalistlərin sayı 190-a yüksəlib

10:51 - November 20, 2024
Xəbər sayı: 3497091
İQNA - İsrail rejimi 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında həyata keçirdiyi hücumlarda ümumilikdə 190 jurnalisti qətlə yetirib.

İsrail ordusunun Qəzzanın cənubunda həyata keçirdiyi artilleriya hücumunda jurnalist Əhməd Əbu Şəriənin həyatını itirdiyi bildirilib.
Qəzza Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, İsrail rejimi 7 oktyabr 2023-cü ildən bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumilikdə 190 jurnalisti öldürüb.
Həmçinin Fələstin Jurnalistlər Birliyinin sədri Nasir Əbubəkr, Ramallahda keçirilən iki günlük "Fələstin üçün Media" konfransının açılış nitqində İsrailin hücumlarına görə Qəzzada jurnalistlərin mətbuat tarixinin ən böyük qətliama məruz qaldığını bildirib.
Qəzzada jurnalistlərin təyyarə, tank və güllə altında işləmək məcburiyyətində qaldığını bildirən Əbubəkir media işçilərinin evlərinin dağıdıldığını, onların su, yemək, internet və ofis imkanlarından məhrum olduqlarını bildirib.

captcha