"Euronews"-un verdiyi xəbərə görə, 18 dekabrda keçirilən hərracda daşın üzərindəki yazılar yəhudi və xristian ənənələrində məlum olan 10 əmrlə oxşar olsa da, bəzi əhəmiyyətli fərqlər mövcuddur.
52 kq ağırlığında olan daş lövhənin üzərinə qədim ivrit əlifbası ilə Həzrət Musa Peyğəmbərin (ə) 10 əmri həkk olunub.
1913-cü ildə İsrailin cənub sahilində dəmiryolu qazıntıları zamanı aşkar edilən bu lövhə eramızın 300-800-cü illəri arasındakı dövrə aiddir.
Əsərin tarixi dəyəri əvvəllər anlaşılmayıb və lövhə üzərindəki yazılar yerə tərəf çevrilmiş halda səkidə daş kimi istifadə edilib.
Hərracda adı açıqlanmayan bir alıcı tərəfindən alınan lövhə alıcı tərəfindən sionist bir quruma bağışlanaraq ictimaiyyət üçün nümayiş etdiriləcək.
Bu lövhə olduqca mürəkkəb bir keçmişə malikdir. 1943-cü ildə Yakob Kaplan tərəfindən yenidən kəşf olunub qiymətləndirilmiş və onun tapıntıları 1947-ci ildə Yəhudi Fələstin Araşdırma Cəmiyyətinin bülletenində dərc edilmişdir.
Lövhə bir neçə dəfə sahib dəyişdikdən sonra israilli antikvarların əlinə keçib və nəticədə Bruklindəki "Living Torah" Muzeyinə çatdırılıb.
Tarixi əhəmiyyətinə baxmayaraq, lövhənin orijinallığı hələ də mütəxəssislər arasında müzakirə mövzusudur.
4255324