Minlərlə Qumlu 9 yanvar 1978-ci il qiyamının ildönümünü qeyd etmək üçün İmam Xomeyni (r.ə) Hüseyniyyəsində İran İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə görüşüb.
Ayətullah Xamenei bu görüşdəki çıxışında "Pəhləvi dövrünün İranı, Amerikanın maraqlarının möhkəm qalası idi. Lakin inqilab bu qaladan çıxdı və qaynadı. Amerikalılar bunu başa düşə bilmədilər, yanıldılar, onlar təəccübləndilər və səhvə düşdülər, bu, Amerikanın səhv hesablamasıdır: "İnqilabdan sonrakı bir neçə onillik ərzində amerikalılar tez-tez İran işlərində səhvlər etdilər. Bu, xüsusilə Amerika siyasətindən qorxanlar üçün doğrudur" dedi.
Həzrət Ayətullah Xamenei sözlərini belə davam etdirdi: "Yumşaq müharibə yalan xəbər yaymaq, həqiqətlə xalqın düşüncə və təxəyyülü arasında məsafə yaratmaq deməkdir. Siz güclənirsiniz, amma deyir ki, zəifləyirsiniz. O, zəifləyir, amma iddia edir ki, güclüdür. Siz toxunulmaz olursunuz və o, “sizi hədələyib məhv edəcəm” deyir. Bu, onların təbliğatıdır və bəzi insanlar bu təbliğatın təsiri altındadır".
Həzrət Ayətullah Xamenei dedi: "Bu gün bizim mədəniyyət və media qurumlarımız, İslami İrşad Nazirliyimiz, radio və televiziyamız, kiberməkan fəallarımız üçün ən mühüm vəzifə düşmənin güc illüziyasının pərdəsini cırmaqdır. Düşmənin təbliğatının ictimai rəyə təsir etməsinə imkan verməməliyik. "Bu, Qum əhalisinin həmin gün (9 yanvar 1978-ci ildə) etdiyi bir şey idi."
ABŞ-ın İrana qarşı kini dəvə kinidir
Ayətullah Xamenei: "Niyə İran avropalılarla danışıqlar aparır, amma ABŞ ilə deyil?" Amerika buranı (İranı) öz mülkü hesab edirdi, lakin onun əlindən alınaraq nəzarətindən çıxdı. Ona görə də onun ölkəmizə, inqilabımıza kini dəvə kini kimidir! Bu, asanlıqla keçib gedəcək bir kin deyil. Amerika İranda məğlubiyyətə uğrayıb və bu məğlubiyyətin əvəzini çıxmağa çalışır."
İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei prezident Pezeşkianın sionist rejim və Amerikanın bu rejimi dəstəkləməsi ilə bağlı açıq və cəsarətli mövqeyinə görə təqdir edərək dedi: "Hakimiyyət orqanları və qərar qəbul edənlər heç bir şəkildə Amerika və sionistlərin tələb və rəftarlarını nəzərə almamalıdırlar" ifadələrindən istifadə etdi.
Amerikanın tələbləri xalqın suverenliyinə təhlükə yaradır
İnqilab Rəhbəri “Ölkəmizin hakimiyyət orqanları hər an müxtəlif mövzularda qərarlar qəbul edərkən amerikalıların əsassız gözləntilərini və maraqlarını nəzərə alarlarsa, xalqın suverenliyini və respublika idarəsini təhdid etmiş olarlar” dedi.
Müqavimət canlıdır və yaşayacaq
Ayətullah Xamenei, "Müqavimət canlıdır və yaşayacaq. Müqavimət hər gün daha güclü olmalıdır və biz müqaviməti dəstəkləyirik. Biz Qəzzada müqaviməti, İordan çayının qərb sahilindəki müqaviməti, Livandakı müqaviməti, Yəməndəki müqaviməti və sionist rejimin alçaq hərəkətlərinə qarşı çıxan hər nöqtədə bütün müqaviməti dəstəkləyirik" dedi.
4258738