IQNA

İlahi mesaj: Allaha və Onun elçilərinə iman gətirənlər şəhid sayılır

22:26 - January 19, 2025
Xəbər sayı: 3497462
İQNA - Bir şəxs əgər təkcə Allaha deyil, həm Allaha, həm də Onun elçilərinə həqiqi mənada iman gətirib və bu imanı keyfiyyətli yaşasa, Quran nəzərində şəhid sayılır.

Mütəal Allah bəşəri hidayət etmək üçün səmavi kitablar göndərib. Onların sonuncusu Qurandır. Allah-taala digər səmavi kitablarda olduğu kimi Quranda da bəndələrinə bir çox mesajlar verir. Bizim vəzifəmiz odur ki, ayələrdəki bu ilahi mesajları anlayıb və həyatımızda icra edək.

O ilahi mesajlardan biri də budur ki, Allaha və Onun eiçilərinə həqiqi mənada iman gətirmiş kəslər şəhiddirlər. Yəni həqiqi iman gətirib və onu keyfiyyətli yaşayanlar şəhid sayılırlar.

«وَ الَّذينَ آمَنُوا بِاللَّهِ وَ رُسُلِهِ أُولئِکَ هُمُ الصِّدِّيقُونَ وَ الشُّهَداءُ عِنْدَ رَبِّهِمْ لَهُمْ أَجْرُهُمْ وَ نُورُهُمْ وَ الَّذينَ کَفَرُوا وَ کَذَّبُوا بِآياتِنا أُولئِکَ أَصْحابُ الْجَحيمِ»

"Allaha və Onun peyğəmbərlərinə iman gətirmiş kəslər, Rəbbləri yanında siddiq (etiqad, söz və əməlləri bir-biri ilə müvafiq və həqiqətlə üst-üstə düşən kəslər) və şəhiddirlər. Bunların mükafatları və nurları onlarındır. Küfr edən və Bizim (tövhid və din) nişanələrimizi təkzib və inkar edənlər cəhənnəm əhlidirlər" (Hədid, 19).

Əllamə Təbatəbai bu ayənin təfsirində deyir: "Yəni Allaha və Onun elçilərinə xalis iman gətirən (itaətdən ayrılmaz) hər kəs Rəbbi yanında doğru danışan və şəhid sayılır və onların mükafatı və nuru bunlar üçün də olacaq, yəni əslində belə insanlar doğru danışanlara və şəhidlərə qovuşur və Allah onlarla rəftar etdiyi kimi bunlarla da davranır və daha əvvəl "Nisa" surəsinin 69-cu ayəsinin təfsirində dediyimiz kimi (doğru danışanlar) əməlləri sözləri ilə uyğun gələnlərdir və (şəhidlər) qiyamət günü insanların əməllərinə şahid olanlardır (Allah yolunda öldürülənlər deyil). Hər halda, ilahi fərmanla, həqiqi möminlərlə (onların özləri bu məqama sahib olduqları üçün deyil, ilahi lütf və hökmə əsasən) doğruçu və şəhid kimi rəftar edilir".

“Məhasin” kitabında Zeyd ibn Ərqəmdən rəvayət edilmişdir ki, İmam Hüseyn (ə) buyurmuşdur: “Bizim şiələrimiz Siddiq (həqiqi dost, həmrəy) və şəhiddirlər". Ravi deyir ki, mən o Həzrətdən soruşdum: Onların çoxu yatağında öldüyü halda necə şəhid ola bilərlər? O Həzrət buyurdu: “Hədid surəsinin 19-cu ayəsini oxumamısanmı?”

Minhal Qəssab rəvayət edir ki, "mən İmam Sadiqə (ə) sənə fəda olum, mənim üçün dua edin ki, şəhid olum" dedim. Həzrət buyurdu: "Mömin harada ölsə şəhiddir". Sən Uca Allahın kəlamını oxumamısanmı? Sonra "Hədid" surəsinin 19-cu ayəsini oxudu.

Belə nəticə alınır ki, şəhidliyin bir xüsusi bir də ümumi mənası var:

Xüsusi mənada olan şəhidlik budur ki, bir şəxs Allah yolunda meydanda qanına qəltan olur. Onun İslam fiqhində xüsusi hökmləri var.

Ümumi mənada olan şəhidlik budur ki, bir şəxs ilahi vəzifəsini yerinə yetirmək yolunda ölə ya öldürülə.

Beləliklə, bir şəxs əgər təkcə Allaha deyil, həm Allaha, həm də Onun elçilərinə həqiqi mənada iman gətirib və bu imanı keyfiyyətli yaşasa, Quran nəzərində şəhid sayılır.

Teqlər: şəhid ، quran ، İlahi mesaj ، İman
captcha