IQNA

Mosuldakı Əl-Hədba minarəsinin tam təmirdən sonra rəsmi açılışı olub

12:15 - February 08, 2025
Xəbər sayı: 3497581
İQNA - Ninova vilayətinin paytaxtı Mosuldakı Nuri Böyük Məscidinin tarixi Əl-Hədba minarəsi tam təmirdən sonra yenidən istifadəyə verilib.

İQNA", İraqın “Əs-Sabah” qəzetinin internet saytına istinadən verdiyi məlumata görə, Əl-Hədba minarəsinin yerləşdiyi Nuri Məscidi İŞİD-in təkfirçi-terrorçu qruplaşması tərəfindən demək olar ki, tamamilə dağıdılmışdı.

Fevralın 7-də keçirilən minarənin açılış mərasimində UNESCO-nun baş direktoru Ədri Əzulay deyib: “Bugünkü mərasim, BMT-nin Müfəttişləri və Mütəxəssisləri tərəfindən illərlə davam edən mühəndislik və səylərindən sonra Əl-Hədda Minarəsinin yenidən qurulmasını başa çatdırmaq üçün keçirilib".

Xatırladaq ki, tarixi Nuri məscidi və onun Əl-Hədba minarəsinin yenidən qurulmasına 8 il əvvəl, 2017-ci ildə təkfirçi terror qruplaşması İŞİD tərəfindən dağıdılmasından sonra başlanılıb.

 
افتتاح رسمی مناره «الحدباء» در موصل پس از بازسازی کامل

 

4264482

Teqlər: İraq ، mosul ، minarə ، məscid
captcha