IQNA

Yeni Dehlidə Qurani-Kərimin ingiliscə yeni tərcüməsinin təqdimatı keçirilib

12:13 - February 12, 2025
Xəbər sayı: 3497602
İQNA – Akademiklər və bir qrup müsəlman fəal Qurani-Kərimin ingiliscə yeni tərcüməsinin təqdimat mərasimində iştirak ediblər.

“India Tomorrow” saytının verdiyi xəbərə görə, “Şöhrətli Quran” adlı əsərin tərcüməçisi Zəfərul-İslam Xan, mövcud ingilis dilinə tərcümələrin günümüzün tələblərinə cavab vermədiyi kimi, mövcud şərhlərin də çağın suallarına cavab vermədiyini bildirib.

Zəfərul-İslam Xan, Qahirədə Əl Əzhər Universitetində təhsil almış və İngiltərənin Mançester Universitetində doktorluq dərəcəsinə yüksəlmiş tanınmış müsəlman alimidir. O, ərəb, ingilis və urdu dillərində əllidən çox kitab yazıb tərcümə edib.

Bu, Abdullah Yusif Əlinin 1930-cu illərin əvvəllərində nəşr olunan məşhur tərcüməsindən sonra Hindistanda nəşr olunan ilk ingiliscə tərcümədir.

Tərcüməçi bu işə ilk olaraq Abdulla Yusif Əlinin köhnə dildən istifadə edilən və çoxlu səhvlər olan tərcüməsini düzəltməklə başlayıb.

11 il ərzində Zəfərul-İslam Xan, iki mindən çox izahat və çoxlu haşiyələrdən, o cümlədən Məhəmməd Peyğəmbərin (s) həyatı, Allahın adları, İslami terminlər lüğəti və Quranın tematik göstəricisini özündə əks etdirən tamamilə yeni bir tərcümə nəşr etdirdi.

Zəfərul-İslam Xan, öz əsərində ən mötəbər təfsir və ərəb əsərlərinə, Peyğəmbərin (s) həyat tərzinə dair ən qədim kitablara, Quranın və ərəb dilinin ən etibarlı lüğətlərinə istinad etmişdir.

Tərcüməçi hesab edir ki, bu tərcümə Vəhy Kəlamının sadə və müasir ingilis dilində ən dəqiq tərcüməsidir.

Tərcüməni onlayn olaraq ttps://thegloiousquran.net/ saytından əldə etmək olar.

Zəfərul-İslam Xan, müsəlmanlar arasında ixtilaflara və təfriqələrə səbəb olacaq hər hansı fəlsəfi, hüquqi və linqvistik müzakirələrdən çəkindiyini bildirib.

O əlavə edib ki, ərəb dilini çox yaxşı bilsə də, Qurani-Kərimdə işlədilən söz və terminlərin mənalarını anlamaq üçün ətraflı araşdırmalar aparıb və lüğət üzərində işləyb.

4265382

captcha