"Əl Masry Əl-Yəvm" saytının verdiyi məlumata görə, Nazirlik öz bəyanatında proqramların Əl Əzhər və bir sıra müvafiq təşkilatlarla əməkdaşlıq çərçivəsində təşkil ediləcəyini bildirib.
Proqramlar arasında Şeyx Əhməd Əhməd Nüəynə və Əbdül-Fəttah Taruti də daxil olmaqla bir qrup misirli qarinin iştirakı ilə Qahirənin İmam Hüseyn (ə) məscidində təravih namazının qılınması da var.
“İmam Hüseyn (ə)” məscidində təhəccüd namazının qılınması və Misir surud oxuyanlarının iştirakı ilə surudların oxunması Misir Vəqflər Nazirliyinin elan etdiyi digər proqramlar sırasındadır.
Nazirlik həmçinin Misirin şəhər və əyalətlərindəki digər məscidlərdə Misirli qarilərin iştirakı ilə təravih namazı proqramları təşkil edəcək. İmam Hüseyn (ə) məscidində məscid imamları üçün, Seyyidə Nəfisə və Seyyidə Zeynəb (s) məscidlərində isə qadın xətiblər üçün işa namazından sonra düşündürən məclislərin keçirilməsi nəzərdə tutulub.
Bundan əlavə, Ramazan ayı ərzində məscidlərdə uşaqlar üçün xüsusi proqramların həyata keçirilməsi də bu nazirliyin digər proqramları sırasında olacaq.
4266335