IQNA

İmam Hüseyn (ə) hərəmi Bağdaddakı Vatikan səfirliyini ziyarət edib

1:05 - May 20, 2025
Xəbər sayı: 3498213
İQNA – İmam Hüseyn (ə) hərəmindən bir heyət Bağdaddakı Vatikan səfirliyini ziyarət edərək, xüsusilə mədəni və humanitar sahələrdə davam edən ikitərəfli əməkdaşlığı nəzərdən keçirib.

“İmamhussain.org”-un verdiyi xəbərə görə, səfərin İraq Xarici İşlər Nazirliyi tərəfindən koordinasiya edildiyi bildirilib.

Hərəmin İctimaiyyətlə Əlaqələr İdarəsinin direktoru Həsən Nemə Əl-Xəfaci bildirib ki, nümayəndə heyəti səfirliyin müvəqqəti işlər vəkili Ata Çarlz Lvanqa Siusuna ilə müxtəlif sahələrdə əməkdaşlığın davam etdirilməsi ilə bağlı danışıqlar aparıb.

İraq nümayəndə heyəti Roma Papası Fransiskin vəfatı ilə bağlı başsağlığı verib, onun İraqa tarixi səfərini və Nəcəfdə Ayətullah Əli əl-Sistani ilə görüşünü xatırladaraq, bu görüşün dialoq qapılarının açılmasında və sülh körpülərinin qurulmasında dərin iz buraxdığını bildirib.

Nümayəndə heyəti Papa 14-cü Levin Vatikanın yeni Papası təyin olunması münasibətilə təbrik edib və Katolik Kilsəsinin yeni liderinin İraq və Kərbəlaya səfər edəcəyinə ümid etdiyini bildirib.

Nümayəndə heyəti, həmçinin iki tərəf arasında xüsusilə mədəni və humanitar sahələrdə birgə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Vatikanın Bağdaddakı səfirliyinin müvəqqəti işlər vəkili də öz minnətdarlığını bildirib və dinlər arasında qarşılıqlı əlaqə körpülərinin qurulmasının və dinc yanaşı yaşama anlaşmasının gücləndirilməsinin vacibliyini vurğulayıb.

4283151

Teqlər: İraq ، imam hüseyn ، hərəm ، vatikan ، bağdad
captcha