“İQNA”-nın “Əl-Mənar”a istinadən verdiyi xəbərə görə, Şeyx Nəim Qasim bəyanatında vurğulayıb: “Amerika-sionist təcavüzü Qəzza zolağındakı məzlum Fələstin xalqına qarşı insanlıq və əxlaq meyarlarını aşaraq, vəhşiliyi, soyqırımı, aclıqla əzabı və kütləvi qırğını daha da şiddətləndirib.”
Şeyx Nəim Qasim əlavə edib: “Qəzzaya qarşı təcavüz qarşısında beynəlxalq səssizlik, ölkələrin rejimləri və rəsmiləri üçün bir ittiham və tənqiddir və beynəlxalq hüquq deyilən anlayışı zəiflədir. Müharibənin dayandırılmasını istəyən 25 ölkənin çağırışı kifayət deyil.”
O belə davam edib: “Biz sionist rejimə qarşı sanksiyalar tətbiq etməklə, onu təcrid və mühakimə etməklə, onunla hər cür münasibəti kəsməklə, sadəcə bəyanatlarla kifayətlənməyib bu qırğınların və cinayətlərin dayandırılması üçün əməli addımlar atmalıyıq.”
Hizbullahın baş katibi qeyd edib: “Əgər Amerika Fələstin xalqının yekdil və sarsılmaz dəstəyi ilə üzləşsə, geri çəkiləcək və təslim olacaq. Bu məsələdə ən böyük məsuliyyət ərəb və İslam ölkələrinin hökumətləri və xalqları üzərinə düşür.”
Şeyx Nəim Qasim ərəb və İslam ölkələrinə belə tövsiyə edib: “Mümkün olan hər səviyyədə, uyğun hesab etdiyiniz hər bir mövqeyi seçin, amma tamaşaçı qalmayın. Münasibətlərin normallaşdırılmasını dayandırın, düşmənin səfirliklərini bağlayın, onunla ticarət etməyin və Fələstin və Qəzzanı, heç olmasa ən əsas həyat ehtiyaclarını təmin etməklə belə, müdafiə etmək üçün birləşin.”
O əlavə edib: “Bilin ki, zalımlar nicat tapmayacaq və İsrailin vəhşiliyinin və təkəbbürünün zirvəyə çatması Allahın izni ilə onun dəhşətli şəkildə süqut etməsinə zəmin yaradacaq.”
4295819