“İQNA”-nın “Arabi 21” qəzetinə istinadən verdiyi xəbərə görə, katoliklərin lideri Papa XIV Leo Milad bayramı münasibətilə dünya miqyasında, xüsusilə Rusiya-Ukrayna münaqişəsində 24 saatlıq atəşkəsin elan olunmasını istəyib.
O, Romaya yaxın Kastel Qandolfo iqamətgahından Vatikan istiqamətində yola düşərkən bu çağırışı səsləndirib.
Papa deyib: “Məni həqiqətən narahat edən məsələlərdən biri Rusiyanın Milad bayramı günlərində atəşkəsə riayət etməməsidir.”
O əlavə edib: “Mən bir daha bütün xeyirxah insanlardan xahiş edirəm: qoy heç olmasa İsanın doğumunu qeyd etdiyimiz bu gündə Ukraynada və bütün dünyada 24 saatlıq atəşkəs olsun.”
Papa Qəzza zolağında ötən ilin oktyabrından tətbiq edilən atəşkəsə işarə edərək bildirib: “Onlar hələ də çox həssas bir vəziyyətin ortasında Miladı qeyd etməyə çalışırlar və biz ümid edirik ki, sülh razılaşması irəliləyəcək.”
Qəzzada atəşkəs və Həmas ilə İsrail arasında əsir mübadiləsi ABŞ prezidenti Donald Tramp tərəfindən hazırlanmış 20 maddəlik plan əsasında 10 oktyabr 2020-ci ildə həyata keçirilib.
Sionist rejim tərəfindən ABŞ-ın dəstəyi ilə 8 oktyabr 2023-cü ildə Qəzzada başlanmış soyqırım geniş dağıntılarla yanaşı, təxminən 71 min fələstinlinin ölümünə, 171 mindən çox insanın yaralanmasına səbəb olub ki, onların əksəriyyəti qadınlar və uşaqlardır. BMT-nin hesablamalarına görə, bölgənin bərpası üçün təxminən 70 milyard dollar tələb olunur.
4324875